Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Azərbaycan Burkina-Faso ilə əlaqələr qurmaq istəyir.

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Burkina-Fasoda səfərdə olan energetika naziri Natiq Əliyev həmin ölkənin prezidenti Roç Mark Kristian Kabore ilə görüşündə deyib.

“Bu gün biz dünya tərəfindən tanınan qənaətbəxş iqtisadi inkişaf səviyyəsinə nail olmuşuq. Çox qısa vaxt ərzində biz ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmışıq. Ölkəmizdə yaşayış səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmişik. Burkina-Faso prezidenti ilə görüşdə bu mövzular ətrafında fikir mübadiləsi apardıq. Mən ona dedim ki, bütün bunlar yaxşı idarəçilik və əzmkarlıq sayəsində mümkün olub”, N.Əliyev bildirib.

Buna da bax:​ 22 ildə nə dəyişib?

Nazir Burkino-Fasonun dövlət başçısına öz xidmətlərini təklif etdiklərini bildirib.

O, əməkdaşlığın əsasən dövlət şirkətlərinə aid olduğunu qeyd edib.

Nazir əmindir ki, təklif etdiyi çoxsaylı layihələr Burkina-Fasonun müxtəlif regionlarının inkişafına şərait yaradacaq və yeni resursların, xüsusilə neft məhsullarının ölkəyə axınına imkan verəcək.

Buna da bax: Nazir: «Neftin qiyməti belə davam edərsə…»

Natiq Əliyevin Burkina-Faso səfəri ilə bağlı əlavə məlumatlar açıqlanmır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG