Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:20

-

«Dünya bazarında neft qiymətləri 2000-ci illərdən bəri ən aşağı həddə düşüb. Bu proses bir neçə il də davam etsə, neft şirkətləri meqa-layihələri reallaşdırmaqda çətinlik çəkəcək».

APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən beynəlxalq «Caspian Oil&Gas» konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.

Nazirin deməsinə görə, neftin ucuzlaşması bir sıra amillərdən asılıdır: «Geosiyasi amillər neftin qiymətinə çox təsir edib. İraq və Liviyada hasilatın səviyyəsi müharibə səbəbindən aşağı düşüb. Vəziyyət bu cür davam etsə, neft şirkətləri iri layihələrini dayandıracaq, qazma və hasilatın səviyyəsi düşəcək».

Ancaq o, qeyd edib ki, bu proseslərin Azərbaycana təsiri minimumdur: «Azərbaycan neftdən asılılığı azaltmağa çalışır və biz buna nail oluruq».

Nazir deyib ki, dünya bazarında neftin ucuzlaşması Azərbaycanı narahat etmir.

«Biz həyata keçirdiyimiz meqa-layihələri davam etdiririk. Layihələrin reallaşdırılmasında ləngimə yoxdur. Əksinə, sözügedən enerji layihələri üzrə işlər sürətlə aparılır. Hamı bilməlidir ki, Azərbaycan meqa enerji layihələrinin həyata keçirilməsində qətiyyətlidir», - deyə nazir qeyd edib.

İyunun 1-də Bakıda 23-cü Beynəlxalq «Caspian Oil&Gas» sərgisi başlayıb. 3 gün davam edəcək sərgiyə dünyanın 200-dək şirkəti qatılıb.

Sərgidə neft hasilatı, enerjidaşıyıcıların nəqli və saxlanması sahəsində innovativ texnologiyalar nümayiş etdirilir.

Bu gün isə «Marriott Absheron» otelində «Caspian Oil&Gas» beynəlxalq konfransı başlayıb. Konfransın işində 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndə iştirak edir.

Həmçinin izləyin: Youtube Kanalımızda bu videoları da izləyə bilərsiz:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG