Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:27

Fərhad Yalquzaq vəhşi təbiətdə başına gələnlərdən kitab yazıb


Fərhad Yalquzağın "Orman adamı" kitabı.
Fərhad Yalquzağın "Orman adamı" kitabı.

Yazıçı Fərhad Yalquzaq 2015-ci ildə Bakını tərk edib dağlara yollanıb və 8 ay boyu dağlarda yaşayıb. O vəhşi təbiətdə sağ qalmaq və başına gələn müxtəlif maraqlı hadisələr haqda "Orman adamı" adlı dördcildlik kitab yazıb. Kitabın ilk cildi bu yaxınlarda işıq üzü görüb.

Fərhad Yalquzağın "Orman adamı" kitabının təqdimatı.
Fərhad Yalquzağın "Orman adamı" kitabının təqdimatı.

Noyabrın 12-si Bakıda "Radio" kafesində təqdimatı baş tutmuş kitabdan danışan müəllif, kitabın yazılması prosesindən danışıb.

Buna da bax: Fərhad Yalquzaq: Özümlə yalnız bir dəst paltar götürdüm

"Keçən ilin avqus ayında Bakını tərk edib, dağlara yollandım. İstəyirdim vəhşi təbiətdə yaşayaraq, kitab yazım. 8 ay dağda yaşadım. Bu müddətdə "Orman Adamı" adlı kitabı yazmağa qərara gəldim.

Yazıçının sözlərinə görə, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdəki həyatını əhatə edir: "Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil həyatdakı xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır". - deyə Fərhad Yalquzaq kitabı haqda danışıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG