Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:22

Qanun nəşriyyatından üç yeni kitab gəldi


Qanun nəşriyyatından çıxmış üç yeni kitab.
Qanun nəşriyyatından çıxmış üç yeni kitab.

-

Sarah Jio

"Mart bənövşələri"

“Mart bənövşələri” müasir Amerika yazıçısı Sarah Jionun ən çox oxunan kitablarından biridir. Romanda böyük və əbədi məhəbbətdən söz açılır. Şəxsi həyatında uğursuzluğa uğrayan yazıçı qız əsəblərini dincəltmək üçün xalasının olduğu adaya gedir və burda yataq otağından bir gündəlik tapır. Bu gündəliyin sayəsində yazıçı on illərlə gizlin qalan ailə sirlərinin üstünü açır. Bununla da onun sevgi, həyəcan, təlatüm dolu əsl həyatı başlayır. Kitabı dilimizə yazıçı Aslan Quliyev çevirib.

Buna da bax: Haruki Murakami: "Hədəfim “Karamazov qardaşları” kimi əsər yazmaqdır"

Haruki Murakami

"Sərhəddən cənubda, günəşdən qərbə"

Yaponiyanın şəhərətrafı qəsəbələrindən birində böyüyən Hacime adlı oğlan belə düşünürdü ki, hamının bacı-qardaşı var, bircə o, evin tək uşağıdır. Sonradan Şimamoto adlı bir qızla dostlaşmışdı, o da evin tək uşağı idi. Onlar məktəbdən evə birgə qayıdar və günorta vaxtı Şimamotonun atasının kolleksiyasındakı musiqilərə qulaq asardılar. Hacimegil qəsəbədən köçəndən sonra isə onların əlaqəsi kəsilmişdi.

Artıq Hacimenin yaşı otuzu keçib. On il məqsədsiz yaşadıqdan sonra evlənib və iki sevimli qızı var. İşləri də qaydasındadır, müştəri cəhətdən korluq çəkməyən iki caz barının sahibidir. Onun həyatında hər şey qaydasında görünsə də, daxilində dərin boşluq hiss edir.

Bir gün yağışlı bir gecədə uşaqlıq sevgisi Şimamoto füsunkar aurası ilə onun qarşısında peyda olur. Beləcə, Hacime həyatının dönüş nöqtəsində olduğunu hiss edir. İndi verəcəyi qərarlar həyatını tamamilə dəyişdirə bilər...

Kitabı dilimizə Orxan Əmrullayev çevirib.

.

Buna da bax: Freuddan sonra psixoanalizin ən görkəmli siması

Sigmund Freud

Totem və Tabu

İlk dəfə 1913-cü ildə işıq üzü görmüş “Totem və tabu” kitabı dünya şöhrəti qazanmış görkəmli avstriyalı psixoloq və psixiatr, psixoanaliz təliminin əsasını qoymuş Ziqmund Freydin ən mühüm əsərlərindən biri sayılır. Yazıldığı tarixdən yüz ildən artıq bir vaxt keçməsinə baxmayaraq, “Totem və tabu” əsəri bu gün də psixoanalizin klassik kitablarından sayılmaqdadır. Freyd bu əsərində özünün psixoanalitik nəzəriyyəsinə əsaslanaraq, insan cəmiyyətinin, mədəniyyət və sivilizasiyanın mənşəyini araşdırmağa çalışmış, habelə əxlaqi, dini və hüquqi normaların yaranması ilə bağlı özünün yeni nəzəriyyəsini yaratmışdır. “Totem və tabu” əsərinin oxucuların böyük marağına səbəb olacağına və onların fundamental insani dəyərlərlə bağlı baxışlarına yeniliklər gətirəcəyinə inanırıq. Kitabın tərcüməsi Araz Gündüzə məxsusdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG