Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:36

-

Psixologiyanı yenidən kəşf etmiş adam

Carl Gustav Jungun psixologiyadakı kəşfləri bütün sahələrdə istifadə olunur. Məhz o ilk dəfə elmə “introversiya” və “esktraversiya” anlayışlarını gətirib, həmçinin şəxsiyyətin dominant xarakterlərinə görə insan xarakterlərini tiplərə bölmüşdür.

Oxu Zalı Carl Jungun psxilogiyadakı məşhur işləri haqda məqaləni təqdim edir.

Carl Jung əvvəlcə keşiş olmaq istəyirmiş

Carl Jung gəncliyində atası kimi keşiş olmaq istəyirdi, ancaq dini mətnləri nə qədər oxusa kilsə və Tanrı haqda bir o qədər şübhələrə qapılırdı. İsveçrənin Bazel şəhərindəki ən yaxşı gimnaziyalardan birinə daxil olduqdan sonra Jung tam əmin olur ki, keşişlik ona yaddır. Tezliklə o meylini tibbə salır.

Carl Jungun gənclik illəri.

Carl Jungun gənclik illəri.

1895-ci ildən başlayaraq Carl Jung univerisitetdə tibb təhsili alaraq bir yandan da uşaq klinikasında çalışır. Burda tanınmış psixoloq Eugene Blair-in köməkçisi kimi işləyərkən Sigmund Freud-un əsərləri ilə tanış olur. 1907-ci ildə isə Jungla Freud şəxsən tanış olurlar, nəticədə Freud gələcək psixoloqun axtarışlarına böyük təsir göstərir, az keçmir ki, Jung Freudun tələbəsi olur. Ancaq zamanla Jungla Freudun düşüncələrində ziddiyyətlər ortaya çıxır, onun 1912-ci ildə yazdığı “Libidonun metamorfozu və simvolları” və “Şüuraltının psixologiyası” kitabları çox tərəfi ilə Freudun baxışlarına zidd idi.

Tezliklə Carl Gustav Jung Freudla münasibətlərini kəsib öz şəxsi istiqaməti olan analitik psixologiyanı yaradır. Analitik psixologiya insanın hərəkətlərinin motivləri və davranışlarını yuxugörmə, simvollar, folklor və mifologiya ilə öyrənir. Jung analitik psixologiyanın vəzifəsi kimi, pasiyentin baxışlarında ortaya çıxmış obrazların yozumunu nəzərdə tuturdu. Ümumilikdə isə onun fəlsəfəsi şəxsiyyətin əsasını və inkişafını təşkil edən qeyri-şüur sfreasını öyrənmək üzərində qurulmuşdu. Jung düşünürdü ki, şüuraltı psixikanın ayrıca bir hissəsidir, öz dinamikası var və şüurun tamamlayıcı parçasıdır.

Buna da bax: "S.Freud'in son günləri və sonuncu əsəri"

Sigmund Freudun təlimi Junga xeyli dərəcədə təsir etmişdi. Carl Jungun analitik psixologiyasının əsasında Freudun beynin strukturunda iz buraxmış keçmiş nəsillərin təcrübəsinə əsaslanan kollektiv şüuraltı nəzəriyyəsi dayanırdı. Məsəlçün Jung dünya, qəhrəman, müdrik qoca yaxud iblis obrazlarını tədqiq edirdi.

Aralarında Freud və Jungun da olduğu dövrün tanınmış almandilli alimləri1909.

Aralarında Freud və Jungun da olduğu dövrün tanınmış almandilli alimləri1909.

Jung arxetipik kimliklərin əsasında bunları görürdü: eqo, şəxsiyyət, kölgə, anim və mahiyyət. Onun əsərlərində eqo şəxsi təfəkkürün mərkəzi elementidir, məhz eqo toplanmış təcrübələri bir yerə toplayır, bütövləşdirir.

Şəxsiyyət - ətraf-aləmə göstərdiyimiz kimliyimizin bir parçasıdır ki, insanların gözündə məhz belə görünmək istəyirik. Psixoloq insanın kölgəsinin psixikasındakı yerini inkar etməyi zərərli hesab edirdi. O deyirdi ki, insanın kölgəsini analiz etmək lazımdır, çünki kölgə şəxsi qeyri-şüurun mərkəzində dayanır.

Anim - şəxsiyyətin cinslərarası münasibətləri, təsəvvürləri özündə daşıyan bir parçasıdır. Və nəhayər mahiyyət - nizam-intizam, qaydalar arxetipidir. Onun əsas funksiyası insan ruhunun müxtəlif sahələrini bir-biriylə bağlayıb, tamamlamaqdır. Jung arxetipin təkcə fərdi deyil, kollektiv fantaziyanın da məhsulu sayıtdı. Müəyyən arxetiplərin aktivləşməsiylə mədəniyyət insanın fərdi psixikasının formalaşmasına və bərpa olunmasına təkan verir.

1921-ci ildə Carl Jung xarakterin tipləri haqda nəzəriyyəsini irəli sürür. O insanın hansı xarakter tipində olmasını müəyyənləşdirərkən onun psixologiyasından dominant cəhətləri nəzərə alırdı. Bu cəhətləri seçərkən düşüncə, hiss, intuisiya, ovqat əsas götürülürdü. Bununla bərabər Jung ilk dəfə olaraq hisslərin xarici yoxsa daxili aləmə yönəlməsini xarakterizə etmək üçün: introvert və ekstravert anlayışlarını kəşf edib. İntrovertlər həsasən şəxsiyyət kimi yetişərkən öz daxillərinə qapanırlar, davranışlarını şəxsi ideyaları, normaları və inancları əsasında qururlar, bundan əlavə həm də introvertlər ünsiyyətdə olduqca bacarıqsızdırlar. Ekstravertlər isə əksinə daha çox ətraf-aləmi müşahidə edirlər, cəmiyyətin maraq və istəklərini nəzərə alaraq davranışlarını planlaşdırırlar.

Carl Jung-un in Bollingendə öz əli ilə tikdiyi evi.

Carl Jung-un in Bollingendə öz əli ilə tikdiyi evi.

Jung 1922-ci ildə Sürixdəki Bollingen gölünün sahilində özünə torpaq sahəsi alır. O burda uzun illər ərzində öz əli ilə qüllələr inşa edir. 1956-cı ildə Jungun inşaatı iki qülləli kiçik qəsr formasında tamamlanır, burda onun kabineti, kiçik həyəti, qayıqlar üçün limanı vardı. O inşaat işini başdan sona qədər yazır, bu yolla insan psixologiyasında daşla münasibətlə bağlı qalmış strukturları araşdırır.

Buna da bax: "Nobel mükafatlı nasist yazıçının sevgi məktubları 50 il sonra açıldı"

Jung Hitlerin siyasətini dəstəkləyirdi

Carl Jung 1935-ci ildə Sürixdəki İsverçə Texniki Univerisitetinin professoru seçilir. 1933-cü ildən 1944-cü ilə qədər Bazeldə Universitet müəllimi olur. O müəllimliklə paralel psixologiya və ona yaxın sahələrdən bəhs edən jurnal da buraxır. Jung jurnalında yayınladığı yazılarında daim Adolf Hitlerə açıq simpatiyasını bildirirdi. Dünyaca məşhur psixoloq inanırdı ki, Almaniya Avropa siyasətində xüsusi rol oynamalıdır. Üçüncü reyxin süqutundan sonra isə Jungu nasistlərlə əlaqələrinə görə tənqid edirlər.

Jungun yaradıcılığı təkcə psixologiya və psixatriyaya deyil, eyni zamanda tarix, sosiologiya, biologiya və s. insan haqqında elmlərə ciddi təsir edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG