Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında ciddi problemlər var. Əvvəllər maliyyə məsələlərini hökumət dərhal icra edirdi. Ancaq indi belə deyil”.

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin göndərilməsi sahəsində ixtisaslaşan vəkillərdən Əsabəli Mustafayev açıqlamasında belə deyib.

Buna da bax:​ Avropa Məhkəməsinin qərarları icra edilmir

Vəkil yada salıb ki, qərarların icrasının təmini iki istiqamətdə aparılır. Onun sözlərinə görə, hökumət qərarda göstərilən maliyyə məsələlərini - maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini təmin etməlidir. Məhkəmə hüquq pozuntusunu tanıyıbsa, hökumətlər onların nəticələrinin aradan qaldırılmasından ötrü də ümumi tədbirlər görmək öhdəliyi daşıyırlar.

Vəkil deyib ki, hökumət ümumi tədbirləri əsasən həyata keçirmir.

“Mənim apardığım işlər üzrə 76 qərar çıxarılıb. Onların heç birində ümumi tədbirlər icra olunmayıb”, deyən vəkil son zamanlar təzminatların ödənilməsində də ciddi problemlərin olduğunu bildirib.

Buna da bax: 25 QHT ilə bağlı iş Avropa Məhkəməsində

“Bu il Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlar üzrə, demək olar ki, kompensasiya ödənilməyib. Məndə olan 22 iş üzrə kompensasiya ödənilməyib, gözləyirik. Prezident Administrasiyası hər dəfə yaxın zamanlarda problemin həll olunacağını bildirir”, vəkil deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG