Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:25

Türkiyədə qapadılan ədəbiyyat jurnalı: "Susmuruq. Siz də susmayın"


Türkiyədə 25 ildir çıxan mədəniyyət və ədəbiyyat jurnalı "Evrensel Kültür."
Türkiyədə 25 ildir çıxan mədəniyyət və ədəbiyyat jurnalı "Evrensel Kültür."

-

Türkiyədə qüvvəyə minən son qanunun tələbi ilə bağlanılan 15 mətbuat orqanı arasında 1991-ci ilin dekabrında fəaliyyət göstərən sənət və ədəbiyyat jurnalı "Evrensel Kültür" də var. Jurnal bu gün, oktyabrın 31-də qapadılıb. Türkiyədə 15 iyulda baş tutmamış dövlət çevrilişindən sonra hökümətinin qapatdığı ilk ədəbi orqandır.

Jurnal 25 ildə ara vermədən çap olunub və 299 sayı yayımlanıb. Bu jurnalda Can YücelRıfat Ilgaz kimi dünyasını dəyişmiş məşhur türk yazarları yazıb. Jurnalın saytında yayılan açıqlamada deyilir ki: "Heç bir yerə getmirik, susmuruq. Siz də susmayın".

Buna da bax: “Cumhuriyyet” qəzetinin baş redaktoru və qəzetin əməkdaşları saxlandı

Türkiyənin ən məşhur ədəbiyyat jurnalının bağlanmasına yazarlar tərəfindən reaksiyalar da özünü çox gözlətməyib:

Ədəbiyyat mühakimə edilə bilməz

Başqa bir mədəniyyət jurnalının redaktoru və ədəbi tənqidçi Semih Gümüş deyib: ""Evrensel Kültür" mədəniyyət, ədəbiyyat və sənət jurnalıdır. Qapadıldı. Buna daha sözüm yoxdur. Yazıçılar Aslı Erdoğan və Necmiyə Alpay indi niyə həbsdədirlərsə "Evrensel Kültür" də ona görə bağlanıb. Yəni heç bir tutarlı səbəb yoxdur. Mədəniyyət, sənət və ədəbiyyat heç bir mənada cinayət ola bilməz, mühakimə edilə bilməz".

İslami kəsimdən olanlar da münasibətini bildirməlidir

Şair Haydar Ergülensə deyib: ""Evrensel Kültürün" qapadılmasına inanmadım. Mənim orda bir-iki yazım və şeirlərim yayımlanıb. Buna təkcə sekulyar kəsim deyil, bütün ədəbi cameə münasibətini bildirməlidir. Yəni islami kəsimdən olan yazıçı və şairlər də münasibət bilmirməlidir. "Evrensel Kültür" məşhur ədəbiyyat və mədəniyyət jurnalı idi, eyni şey sabah başqalarının da başına gələ bilər"

Buna da bax: Türkiyədə dörd yazıçı həbsdədir

Azad insanlar kimi yazırdılar

Yazıçı Rıfat Ilgazın oğlu "Çinar" nəşriyyatının sahibi, ədəbiyyatçı Aydın Ilgazsa deyib: ""Evrensel Kültür"ün əməkdaşları birlikdə mətbuat azadlığının göstəricisi idilər. Jurnalın bağlanılmasının tək səbəbi azad insanlar kimi düşünüb yazmaları idi. Əgər bir düşüncə tərzinin tərəfdarıdırlarda bu şəxsi fikiləridir. Axı nə qədər böyük günahları ola bilər ki, bir ədəbiyyat jurnalını bağlamağa ehtiyac duyubsunz? Adından da göründüyü kimi siyasətlə yox, ədəbiyyatla məşğuldular. Siyasi səbəb varsa desinlər, biz də bilək. Belə qərarlar ölkədə azad fikir və azad mətbuatın olmamasını göstərir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG