Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Azarkeşlər təyyarə alıb Mourinyoya etiraz eləməyə hazırlaşırlar


Jose Mourinho

Jose Mourinho

Joze Mourinyo indi də azarkeşlərin etirazı ilə üzləşib.

İngiltərənin “Mançester Yunaytet” klubunun azarkeşləti komandanın pis çıxışına görə, baş məşqçiyə özəl yolla etiraz bildirmək qərarına gəliblər.

“Qazeta.ru” nun məlumatına görə bu barədə məlumat Tvitterdə peyda olub.

Klubun azarkeşləri təyyarə icarəyə götürmək və oyun vaxtı “Mourinyo rədd ol” banneriylə “Old Trafford” stadionunun üzərindən keçməyi planlaşdırırlar.

Artıq azarkeşlər aksiya üçün pul toplamağa başlayıblar.

“Mançester Yunayted” oktyabrın 29-da yerli çempionatda öz meydanında “Bernli” klubu ilə heç-heçə (0:0) oynayıb.

Komanda hazırda turnir cədvəlinin 8-ci pilləsində gəlir.

Azarkeşlər bundan əvvəl Mourinyoya qarşı etiraz yürüşü də keçiriblər.

Bu “Mançester Siti” ilə kubok derbisi ərəfəsində olub.

Qeyd edək ki, Mançester-Siti” həmin oyunda 1:0 hesablı qələbə qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG