Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Ingmar Bergmanın əvvəl məlum olmayan ssenarisi filmə çevrilir


İsveç rejissoru Ingmar Bergman film çəkilişi zamanı, 1970-lər.

İsveç rejissoru Ingmar Bergman film çəkilişi zamanı, 1970-lər.

-

İsveçdə rejissor Ingmar Bergmanın yazdığı “Rebekka ilə 64 dəqiqə” ssenarisi ekranlaşdırılır. Rejissor bu ssenarini 1969-cu ildə yazıb və ssernari o vaxtdan arxivdə qalıb. İsveçdə feminizm hərəkatının alovlandığı ərəfədə yazılmış ssenaridə lal-kar uşaqlara dərs keçən hamilə müəllimənin həyatından bəhs edilir. Bu haqda xəbəri İsveçdə çıxan "Dagens Nyheter" qəzetinə yeni çəkilən filmin rejissoru Suzanne Osten verib.

1969-cu ilin 7 avqustunda əfsanəvi isveç rejissoru Ingmar Bergman sonunu ssenarisi “Rebbeka ilə 64 dəqiqə”ni bitirib. İlk dəfə Bergman bu ssenari əsasında Akira KurosawaFederico Fellini ilə birgə film çəkmək istəyirdi. Baş rol üçün isə Katharine Ross nəzərdə tutulmuşdu. Ancaq birgə iş təklif olunan rejissorlardan müsbət cavab gəlməyincə və ssenari Bergmanın masasında qalıb. Ssenari ancaq 2000-ci illərdə rejissor özü əlində olan bütün materialları Ingmar Bergman Fonduna bağışladıqdan sonra ortaya çıxıb.

Buna da bax: Məşhur rejissor Ingmar Bergman-ın sevimli filmləri

Bergmanın ssenarisi əsasında çəkilən film 2018-ci ildə rejissorun 100 illik yubileyi günü təqdim olunacaq.

Ancaq indidən İsveçdə ssenari əsasında radiotamaşa hazırlanıb. Noyabrın 8-də radiotamaşa İsveç radiosuyla təqdim ediləcək.

Bergmanın unudulmuş ssenarisi əsasında həm film həm də radiotamaşanı hazırlayan rejissor Suzanne Osten deyib ki: “Bu 64 dəqiqədə Bergmanın birinci və sonuncu dəfə tam feminist kimi çıxış edir. Onun filmlərində güclü qadın obrazları var, amma bu ssenaridə o daha da irəliyə gedib. O ssenarisində bir müddətlik İsveçdə dəyişikliklərin alovlandığı 1969-cu ilə qayıdır və həmin dövrün nəbzini çox gözəl tutur. İnanılmaz gözəl ssenaridir!”

Ingmar Bergam (1918-2007) isveç rejissorudur, onun “Persona”, “Çiyələk talası”, “Yeddinci çap” və s kimi kitabları çap olunub. Rejissor bütün kariyerası boyu ssenarisini özü yazdığı 50 film çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG