Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

-

Məşhur İsveç rejissoru, "Yeddinci möhür", "Çiyələk talası" kimi şedevrlərin müəllifi Ingmar Bergman-ın ən sevimli filmləri:

Andrei Rublev (Andrei Tarkovsky, 1971)

Bu film həm də dini məzmunlu olduğu üçün ateist Sovetlər Birliyində bir neçə il "rəfdə" yatmışdı. Film orta əsr rus ikona rəssamı Andrei Rublev-in həyatından bəhs edir. Amma bu həm də Tarkovsky üçün özünün ideyalarını ifadə etmək üçün bir vasitədir. Onun fikrincə, xalqı, cəmiyyəti yaşadan onun mənəvi dəyərləridir. O dəyərlər ki, həm də xalqın tapındığı dindən gəlir.

Filmdə monqolların viran qoyduğu Rusiya məhz öz dini-mənəvi dəyərləri gücünə yenidən dirçəlir.

Amma Tarkovsky rus tarixinə pravoslav keşişi kimi də yanaşmır, onu ideallaşdırmır. Onun filmində rus hökmdarlarının qəddarlığı, bir-biri ilə didişməsi də göstərilir. Filmdə monqolların obrazı da rus tarix kitablarındakından fərqlidir. Burada bir qardaş o biri qardaşı hakimiyyətdən salmaq üçün monqol xanlarının köməyindən istifadə edir.

Sirk (Charlie Chaplin, 1928)

Charlie Chaplin-in həm rejissorluq etdiyi, həm də baş rolda çəkildiyi bu filmdə səyyar sirk truppasından bəhs edilir. Və təsadüf nəticəsində onun ulduzuna çevrilən Avaradan. Özü istəmədən şəhərdə oğurluq hadisəsinin şahidi olan və təqib edilib sirkə salınan Avara elə "nömrələr" göstərir ki, tamaşaçılar ondan başqa heç kəsə baxmaq istəmir və sirkin direktoru onu işə götürməyə məcbur olur.

Avara sirkin direktoru Mirnaya aşiq olur, əsas macəra da bundan sonra başlayır...

Dirijor (Andrzej Wajda, 1980)

Andrzej Wajda-nın bu filmi Polşada doğulmuş, amma sevgilisi Anna onu anlamadığı üçün ölkəsindən baş götürüb Amerikaya getmiş dirijor Jan Lasocki haqdadır. İndi o, dünya şöhrətli sənətkardır. Onu Polşaya dəvət edirlər. Burada həm onun yubileyi keçiriləcək, həm də vətənində qaldğı günlərdə bir əyalət orkestrinə dirijorluq edəcək. Orkestrin üzvlərindən biri də Martadır, dirijorun keçmiş sevgilisinin qızı. Onun əri Adam da dirijordur və müvəqqəti olaraq yerini Jana təhvil verməlidir. Filmdə bu iki dirijorun orkestrlə necə fərqli davrandıqları göstərilir.

Adam daim çalğıçılardan şikayətlənir, onlarla kobud davranır, deyir ki, onların səviyyəsi aşağıdır.

Jan isə orkestrin hər bir üzvünə şəxsiyyət kimi yanaşır, şəxsi problemləri ilə maraqlanır. O bu fikirdədir ki, orkestr çox səviyyəlidir, sadəcə, onlara sərbəstlik vermək lazımdır ki, özlərini ifadə etsinlər, musiqidən həzz alaraq ifa etsinlər, onda hər şey düzələcək.

Rejissor bu filmlə kommunist Polşasında insanlara münasibəti analiz edir, kommunist rəhbərlərin xalqla necə davranmalı oldqularını göstərir...

.

Ingmar Bergman-ın siyahısındakı digər filmlər:

Qurğuşun kimi illər (Margarethe von Trotta, 1981)

Janna Darkın istəyi (Carl Theodor Dreyer, 1928)

Kabus araba (Victor Sjöström, 1921)

Kölgələr limanı (Marcel Carné, 1938)

Raven’s End (Bo Wilderberg, 1963)

Raşomon (Akira Kurosawa, 1950)

Yol (Federico Fellini, 1954)

Sanset bulvarı (Billy Wilder, 1950)

Rövşən

Günün bütün mövzuları

XS
SM
MD
LG