Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07

Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı oktyabrın 31-i atəşkəs açıqlamasından əlavə məlumat yayıb.

Nazirlik bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində Azərbaycan mövqelərini iri silahlardan atəşə tutub.

Məlumatda qeyd edilir ki, bu zaman 60 millimetrlik minaatanlardan, «AQS-17» tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edib.
Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

45 DƏFƏ

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 45 dəfə pozublar. Bu zaman 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Azərbaycan ordusunun Qazax rayonundakı mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd, Krasnoselsk rayonlarından Tovuz rayonunun Muncuqlu kəndinin və Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonundakı mövqelərinin hədəf seçildiyi açıqlanıb.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam rayonunun Cəvahirli, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Tərtər rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Öz növbəsində Ermənistanın müdafiə nazirliyi Azərbaycan ordusunun sutka ərzində atəşkəs rejimini təxminən 100 dəfə pozduğunu bildirir.

Qondarma Dağlıq Qarabağ rejimi isə təmas xəttindəki neytral zonada bir qrup Azərbaycan hərbçisi aşkar edildiyini və onların geri otuzdurulduğunu bildirir.

Ermənistan tərəfinin iddiasına görə onlar neytral zonada minaları zərərsizləşdirirmişlər.

Azərbaycanın müdafiə nazirliyi hələlik məsələyə münasibət bildirməyib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Son günlər isə artıq cəbhədə iri silahların da işə düşdüyü bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG