Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:17

Erməni politoloq: 'Bu bəyanat Dağlıq Qarabağ üçün ən təhlükəli məsələdir'


Tatul Hakobyan
Tatul Hakobyan

►"Azərbaycan buna görə Avrasiya İttifaqına qoşulmasa da, Rusiyaya tərəfə daha çox meylli olacaq”

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 23-25-də regiona növbəti səfər çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlikləri, həmçinin qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşdülər.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-sədrinin şəxsi nümayəndəsinin müşahidəçilər missiyasının genişləndirilməsinə razılıq verdilər.

Həmsədrlər indi, bu ilin dekabrında ATƏT nazirlər şurasının Hamburqda keçiriləcək iclası çərçivəsində xarici işlər nazirləri ilə görüşməyi, həmçinin prezidentlərin mümkün görüşünü müzakirə etməyi planlaşdırırlar.

Həmsədrlər deyirlər ki, sülh prosesində irəliləyişə nail olmaq üçün yüksək səviyyədə dialoq lazımdır.

Ermənistanlı ekspert Tatul Akopyan AzadlıqRadiosunun Ermənistan xidməti ilə söhbətində həmsədrlərin bu bəyanatının vacibliyindən danışıb.

Tatul Akopyan
Tatul Akopyan

“Minsk qrupu faktiki masada təkliflər olduğunu deyir və hesab edirəm ki, bu ATƏT sədrinin şəxsi nümayəndəsinin müşahidəçilər qrupunun genişləndirilməsinə aid deyil. Zənnimcə masada sənəd var və onun ətrafında pərdə arxası danışıqlar gedir”,deyə Akopyan bildirib.

Politoloq Manvel Sarksyan isə həmsədrlərin birgə bəyanatında, amerikalı həmsədr Ceyms Uorlikin Bakı və Yerevanda səsləndirdiyi müddəalardan fərqli bir şey görmədiyini deyir.

“Sadəcə onlar bir faktı qeyd eləmək istəyirlər ki, prezidentlərin yüksək səviyyədə görüşüşünü təşkil etməyə çalışırlar, burda başqa heç nə yoxdur”,deyə Sarksyan vurğulayıb.

Amerikalı həmsədr Ceyms Uorlik İlham Əliyevin bəyanatını alqışladı.

Həmsədrlər birinci Bakıda oldular.Amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağa yalnız muxtar respublika statusu verilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevinin bəyanatına toxunaraq, prezidentin status məsələsini dilə gətirməsini alqışladı.

Tatul Akopyan deyir ki, bu vacib bəyanatdır,ən azı göstərir ki, Amerikalılar Rusiya tərəfinin yanaşması ilə razı deyillər-yəni aralıq statusu əvəzində bir neçə rayonu Azərbaycana qaytarmaq.

“ABŞ ehtiyat edir ki, ruslar hansısa aralıq bir qərar tapmağa çalışırlar. Əsasən də status məsələsinin qeyri-müəyyən gələcəyə saxlanmasını, əvəzində isə Ermənistanın 5-6 rayonu qaytarmasını, Dağlıq Qarabağa isə aralıq status verilməsini istəyirlər.Biz Sergey Lavrovun təkli etdiyi plandan danışırıq. Azərbaycan buna görə Avrasiya İttifaqına qoşulmasa da Rusiyaya tərəfə daha çox meylli olacaq”, deyə Akopyan vurğulayıb.

Ekspert hesab edir ki, bu şübhəsiz Amerika tərəfini narahat edəcək.

İlham Əliyevin statusla bağlı bəyanatına gəldikdə isə Akopyan hesab edir ki, bunun arxasında Amerika tərəfinin də cəlb edildiyi artıq görülmüş diplomatik iş durur. Və bu müddət ərzində formula tapmağa cəhd göstəriləcək, yəni Dağlıq Qarabağı tanımamaq və elə etmək ki, Ermənistan tərəfi də açıq şəkildə torpaqların qaytarılmasından danışsın”,deyə ekspert bildirib.

Ən vacib və təhlükəli məsələ Lavrovun Türkiyə barədə dedikləridir.

Manvel Sarksyansa hesab edir ki, əslində bu gün danışıqlar prosesi və “Rusiya planı” mövcud deyil.

Politoloq deyir ki, Dağlıq Qarabağ ətrafında ən vacib və təhlükəli inkişaf, Lavrovun Türkiyənin münaqişənin həllində əməli rol oynaya bilməsini deməsidir.

“Bax bu daha vacib və maraqlı məsələdir.Çünki Rusiya hazırda Türkiyə ilə münasibətləri bərpa etməyə çalışır və bu fonda Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ problemi dərhal mövzuya çevirildi. Rusiya tərəfi, Minsk qrupu ölkələri və ümummiyyətlə hansısa maraqlı bir ölkə bu nöqteyi-nəzərdən çıxış eləmədi, əksinə hamısı hansısa mənada Ermənistanın mövqeini müdafiə elədilər-münasibətlər heç bir ilkin şərtsiz normallaşmalıdır”,politoloq vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG