Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Türkiyədə çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatı çərçivəsində daha 10 min adamı vəzifəsindən azad ediblər. Qovulanların əksəriyyəti dövlət işçiləri—təhsil, səhiyyə və ədliyyə nazirliklərinin əməkdaşlarıdır.

Bundan başqa, çoxu kürdlərə məxsus 15 mətbuat orqanı bağlanıb.

Türkiyənin dövlət «Anadolu» agentliyinin verdiyi məlumata görə, qapadılan mətbuat orqanları Kürd Fəhlə Partiyasının (PKK) təbliğatını apardıqlarına görə cəzalanıblar.

Türkiyədə çevriliş cəhdi iyunda olub, o vaxtdan bəri hökumət 100 mindən çox adamı ya işdən azad edib, ya da həbsə atıb.

XS
SM
MD
LG