Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:37

"Man Booker" irqçilikdən yazan amerika yazıçısına verildi


Amerika yazıçısı Paul Beatty.
Amerika yazıçısı Paul Beatty.

-

Dünya üzrə ingilisdilli yazıçılara verilən nüfuzlu "Man Booker" mükafatı ilk dəfə amerikalı yazıçıya verilib. Paul Beatty bu mükafata ABŞ cəmiyyətində rastlanan irqi siyasətə satirik münasibətini ifadə etdiyi "The Sellout" ("Endirim") romanına görə layiq görülüb. Mükafatın təqdimetmə mərasimi oktyabrın 25-i gecəsi Londondakı Guildhall zalında baş tutub.

Satira və qara yumorla dolu əsərlər yazan Los-Angelesdə doğulmuş 54 yaşlı Paul Beatty "Man Booker" mükafatının münsifləri tərəfindən Mark Twain və Jonathan Swiftlə müqaisə olunub.

Buna da bax: Man Booker 2015 Yamaykaya getdi

"Müəllifin bütün sosial tabuları ortaya çıxarmaq və siyasi etikaya bütün tərəflərdən rişxəd etmək, müqəddəs dəyərlərin hər birinə sataşmaq işində tayı-bərabəri yoxdur. O bizi güldürərkən həm də incidir. "The Sellout" həm gülməli həm də ağrılı bir romandır". - deyə "Man Booker"in münsiflər heyyətinin rəhbəri Amanda Forman "Guardian" qəzetinə bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG