Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:53

Man Booker 2015 Yamaykaya getdi


Marlon James
Marlon James

- İngilisdilli yazıçıların nüfuzlu "Man Booker" nəsr mükafatının 2015-ci il qalibi açıqlandı. Bu, Yamayka yazıçısı Marlon James və onun "Yeddi qətlin qısa tarixçəsi" ("A Brief History of Seven Killings") romanıdır.

Mükafatın 50 min funt sterlinqlik məbləği yazıçıya təqdim olunub.

"Ürəyi zəif olanlara məsləhət görülməyən, şok dəstə zorakılıqları, qrafik seks, narkotik qaçaqmalçılığı və çoxlu yumoru olan bir romandır" - münsiflər təqdimetmə mərasimində belə deyiblər.

Man Booker 2015 mükafatının qısa siyahısındakı 6 kitab
Man Booker 2015 mükafatının qısa siyahısındakı 6 kitab

Roman qaradərili müğənni Bob Marley'nin 1976-cı ildə qətlə yetirilməsi süjet xətti ətrafında cərəyan edir.

Münsiflərin rəhbəri Michael Wood mətbuat açıqlamasında deyib:

"Fövqəladə kitabdır. Çox həyəcanlı, çox zorakı, adam oxuyanda həyəcandan tər tökür. Bu kitabı seçməkdə heç bir çətinliyimiz olmadı. Qərar anonim verildi."

Ancaq kitab bütün zövqlər üçün deyil, - münsiflər bunu da qeyd ediblər, əgər kimsə bu mükafatın qalibinin əsərini anası üçün qiraət edirsə, o, bunu bəyənməz.

Qısa siyahıdakı altı kitab arasından kitabı seçilən Marlon James 44 yaşındadır, bu mükafatı alan ilk yamaykalıdır. Mükafatı qəbul edərkən o, deyib: "Man Booker" mükafatı mənim ədəbi həssasiyyətimi formalaşdırmaqda böyük rol oynayıb. Bu mükafat adamın kitabxanasını qəflətən 13 kitab genişlədir."

Mükafatın Yamaykaya getməsinin bütün Karib hövzəsi ədəbiyyatına böyük diqqət çəkəcəyi deyilib.

Oxu Zalı

XS
SM
MD
LG