Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06

Man Booker Mükafatının qısa siyahısı açıqlandı


Qısa siyahıya düşmüş 6 kitab

Qısa siyahıya düşmüş 6 kitab

- Bu gün ingilisdilli ölkələrin ən nüfuzlu mükafatı Man Booker 2015-in qısa siyahısı açıqlanıb. Tom McCarthy, Marlon James, Chigozie Obioma, Sunjeev Sahota, Anne TylerHanya Yanagihara qısa siyahıdakı yazıçılardır.

Marlon James (Yamayka) - A Brief History of Seven Killings

Tom McCarthy (BK) - Satin Island

Chigozie Obioma (Nigeriya) - The Fishermen

Sunjeev Sahota (BK) - The Year of the Runaways

Anne Tyler (ABŞ) - A Spool of Blue Thread

Hanya Yanagihara (ABŞ) - A Little Life

50 000 funt sterlinqlik mükafatın qısa siyahısından seçiləcək bir romanın müəllifi - qalib 13 oktyabrda Londonda elan ediləcək.

Jüri sədri Michael Wood bugünkü mətbuat konfransında deyib ki, jüri üvləri qısa siyahını razılaşdıra bilmirmişdilər, “möhkəm, amma dostyana mübahisələr olub.”

"Biz uzun siyahıdakı 13 kitabı bir daha oxuduq. Bu proses vaxtı onların hər birində yeni zövqlü nüanslar tapdıq.

Qısa siyahıdakı yazıçıların nəsrə yanaşmaları bir-birindən çox fərqlənir. Onlar müxtəlif mədəniyyətləri təmsil edirlər və karyeralarının müxtəlif yaş dövrlərindədirlər.”

Bu, mükafatın ölkəsindən asılı olmayaraq, bütün ingiliscə yazan yazıçılara açıq olduğu ikinci ildir.

Oxu Zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG