Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:43

"Əli və Nino" Gürcüstanda göstərilir


Əli və Nino filmindən bir kadr.
Əli və Nino filmindən bir kadr.

-

Gürcüstan paytaxtındakı Amirani kinoteatrında “Əli və Nino” filminin premyerası olub. Filmin təqdimat mərasimində Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Giorgadze və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxış ediblər.

Tədbirdə Tiflis Şəhər Meri David Narimania, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfirlik əməkdaşları, SOCAR-ın rəsmiləri və Gürcüstanın incəsənət adamları, universitet müəllimləri, tələbələr və şəhər sakinləri olan gürcü və azərbaycanlılar iştirak edib.

Buna da bax: "Əli və Nino" - senzuranın kor qoyduğu tarixi film...

Xatırladaq ki, “Əli və Nino” azərbaycanlı gəncin və gürcü qızının sevgisindən bəhs edir.

Filmin rejissoru Asif Kapadiadır, prodüseri isə Leyla Əliyevadır. Filmdə baş rollarda Əli obrazını Adam Bakri ,Nino obrazını isə ispan artisti Mariya Valverde oynayır. Filmin ssenarisi britaniyalı yazıçı, ssenarist və kinorejissor, həmçinin “Oskar” mükafatı sahibi Kristofer Xempton tərəfindən qələmə alınıb.

apa.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG