Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

-

Rəşad Babalı

"Əli və Nino" senzuranın kor qoyduğu tarixi film...

1918-ə 1969 baxışı

Rəşad Babalı

Rəşad Babalı

Nəhayət uzun müddətdi çoxdan səbirsizliklə gözlədiyimiz “Əli və Nino” filmi nümayişə çıxarıldı. Filmin treyleri sosial şəbəkələrdə (mətbuatda) yayıldıqda nəsə yaxşı bir iş ortalığa çıxdığından ümid edirdim.

Bu film mənə və bir çoxlarına ona görə əziz idi ki, Azərbaycan tarixinin ən ülvi hissəsini əhatə edir. Tariximizdə elə bir dövr təsəvvür etmirəm ki, insanlarımızda bu qədər həyacan, romantika yaratsın.

Azərbaycan Xalq Cumhuriyəti (AXC) və onun qurucuları barədə hələ də normal bir kinonun çəkilməməsi də film barədə intizarı körükləyirdi. 25 ildir müstəqil olmağımıza baxmayaraq varisliyini daşıdığın bir Respublika barədə belə biganə münasibət başa düşülən deyil.

Buna da bax: "Əli və Nino"nun çəkiliş meydançasından reportaj. Filmin operatoru danışır...

Filmin təhlilinə başlamazdan əvvəl onu qeyd edim ki, filmlər üzrə mütəxəssis deyiləm. Kino nəzəriyyəsindən o qədər də anlayışım yoxdu. Bu yazını daha çox tarixə marağı olan vətəndaşın təəssüratları kimi qəbul edin.

"Əli və Nino"nu oxuyub bitirdikdən sonra gəldiyim ilk qənaət bu olmuşdu ki, bu əsərdən Hollivud səviyyəsində film çəkmək olar.

“Əli və Nino” əsərini xeyli əvvəl oxumuşdum. Lakin yaddaşımdan qalmış az əsərdən biridir. Roman da həm də ona görə yadımda qalmışdı ki, Azərbaycan tarixinin ən çox sevdiyim dövrünü əhatə edir. Oxuyub bitirdikdən sonra gəldiyim ilk qənaət bu oldu ki, bu əsərdən Hollivud səviyyəsində film çəkmək olar. Döyüş səhnələrinə görə.

Gəncədə M. Ə. Rəsulzadənin büstünün üzərinə çuval keçirilməsi faktı uzun müddət hakimiyyətin müxalifləri tərəfindən Rəsulzadəyə qarşı qısqanclıq kimi qiymətləndirilib.

Gəncədə M. Ə. Rəsulzadənin büstünün üzərinə çuval keçirilməsi faktı uzun müddət hakimiyyətin müxalifləri tərəfindən Rəsulzadəyə qarşı qısqanclıq kimi qiymətləndirilib.

Hakimiyyətin Rəsulzadə qısqanclığının bu sahədə (Cumhuriyətin təbliği) normal iş qoya bilməməsi anlaşılan olsa da ölkənin xaricdə tanıdılması üçün AXC hekayəsinə baş vurmalıydılar. Çünki 1969 hekayəsi (Heydər Əliyevin Azərbaycan SSR-nın rəhbəri təyin edilməsi - red) ölkə daxili auditoriyaya məqbul sayıla bilər. Ancaq sivil dünyada sovetli tarixi keçmiş qəbul görməz. Şərqdə ilk demokratik respublika hekayəsi bizi dünyada alın açıqlığıyla tanıdan tək-tük dəyərlərimizdən biridir.

“Əli və Nino” əsəri siyasi tarixi propaqandanı çatdırmaq üçün əlimizə düşən əla fürsət idi. Sevgi hekayəsi adıyla istədiyini çatdırırsan. Acı dərmanı içirtmək üçün bir az şirin ekstrakt əlavə etmək kimi.

"Əli və Nino" filmindən bir kadr.

"Əli və Nino" filmindən bir kadr.

İndi bəziləri çıxıb deyəcək ki, kino incəsənətdi, propaqanda qatanda sənət ruhuna ziddi falan. Lakin dünya kinosunun şedervləri olmuş bir çox filmlər bu iddianı çürüdüb. Həm də propaqanda sözünün daim mənfi çalarda işlədilməsi də doğru deyil. Onsuz da dünyada filmlərlə öz təbliğatını aparmayan ölkə yoxdu. Sadəcə bunu normal və ya bayağı edənlər var. Məhz bu əsərdə heç bir pafos, əlavə olmadan 20-ci əsrin əvvəllərində gedən prosesi göstərmək mümkün idi.

Filmin 20 milyon dollara başa gəldiyi deyilir. Amma filmdə bunu hiss etmədim. Bu pula daha artığını etmək olardı deyə düşünürəm.

Film elə təəssürat oyadır ki, sanki qaymağını yığıblar. Maksimum dərəcədə imumiləşdiriblər. 20-ci əsrin əvvəllərindəki Bakısı demək olar verilməyib.

Film elə təəssürat oyadır ki, sanki qaymağını yığıblar. Maksimum dərəcədə imumiləşdiriblər. 20-ci əsrin əvvəllərindəki Bakısı demək olar verilməyib. Hadisələr ancaq kiçik pavilyonda göstərilir. Halbu ki, geniş çəkmək olard. 20 milyon imkan verirdi.

Əsərdə 31 mart soyqırımı, Qafqaz-İslam ordusunun Bakıya yürüşü olsa da filmdə yoxdu. Sadəcə Qafqaz cəbhəsindən geri dönən çar ordusunun Bakıya soxularkən qarşılaşdığı müqavimət hissəsi çəkilib. Əsas ciddi hadisələr lentə alınmyıb.

Cumhuriyətin qurumu liderlərindən bir tək Fətəli xan Xoyskinin obrazı var. Hanı bəs digərləri? Müxaliflərinin tənqid etməkdən qaçdığı Nəsib bəy Yusifbəylinin atasına yazdığı məşhur məktubu da salmaq olardı (Mülkü satıb pulunu göndərməsini xahiş edən məktub). AXC ordusunun ilk bayram paradı (28 may 1919-cu il), parlamentin açılışı və islas görüntüləri, General Tomson, Gəncə üsyanı və s. epizodlar da salına bilərdi.

Filmdə “Bir kərə yüksələn bayraq, bir daha enməz” məşhur sitatı Xoyskinin dilindən səsləndirilir. Əksəriyyətə bəllidi ki, bu ifadə Rəsulzadəyə məxsusdu. Ümumiyyətlə filmdə Rəsulzadənin barəsində kiçik bir işarə də yoxdu.

“Bir kərə yüksələn bayraq, bir daha enməz” məşhur sitati Xoyskinin dilindən səsləndirilir. Əksəriyyətə bəllidi ki, bu ifadə Rəsulzadəyə məxsusdu. Ümumiyyətlə filmdə Rəsulzadənin nəinki adı çəkilir, onun barəsində kiçik bir işarə də yoxdu. Azərbaycan istiqlalının qazanılmasında, milli məfkurənin formalaşmasında əvəzsiz rolu olan adamı yox saymaq elə Azərbaycanın özünə sayğısızlıqdı.

Buna da bax: “Əli və Nino” filminə üç baxış

Kinoda elə təəssürat yaranır ki, Azərbaycanın müstəqilliyi lap əvvəldən düşünülürdü. Xoyski və digərləri əl altından bununla bağlı təbliğat aparırdılar. Halbuki tarixdən də bəllidir ki, Rəsulzadə daxil Cumhuriyətin qurucu liderləri ilkin olaraq Çar Rusiyası daxilində mədəni muxtariyyət, daha sonra milli muxtariyyət, lap sonda da müstəqilliyin əldə olunması mərhələsini təsəvvür edirdilər. Qafqaz Seyminin dağılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi Azərbaycan heyətini də müstəqilliklərini elan etmək fürsətini yaratdı.

"Əli və Nino" filminin rəsmi treyleri.

Tarixi film çəkilərkən mütləq həmin dövrü bilən tanınmış tarixçilərdən məsləhət almaq lazımdı. Belə mütəxəssislər hətta filmin çəkiliş heyətinə də salınır. Bu ekran əsərində bəlkə də tarixçilərdən istifadə ediblər. Ancaq ortaya çıxmış məhsula görə demək olar ki, həmin mütəxəssislər ya AXC dövrünü bilməyiblər, ya da siyasi konyukturanın senzurasına xidmət ediblər.

Filmin musiqi tərtibatı çox xoşuma gəldi. Hiss olunur ki, işini bilənə tapşırılıb. Dekorasiya işini də bəyəndim. Dövrün geyimləri qaydasındaydı. Bəzən aktyorların geyimlərə adaptasiya olmamaları hiss olunurdu. Həm də hansı temalı filmdə oynadıqlarını da qavradıqlarına şübhə edirəm.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Şərhləri göstər

XS
SM
MD
LG