Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:04

Frankfurt kitab yarmarkasının builki ulduzları kimlərdir...


Frankfurt kitab yarmarkasında bir ictimai müzakirə.

Frankfurt kitab yarmarkasında bir ictimai müzakirə.

-

68-ci Frankfurt kitab yarmarkası oktyabrın 19-u açıq elan edilib. Oxu Zalı məşhur yarmarkada dünya mətbuatının ən çox diqqətini çəkən məqamları və yarmarkanın ulduz simalarını təqdim edir.

David Hockney

İngilis kitab illüstratoru David Hockney bu ilki Frankfurt kitab yarmarkasına içinə nəhəng rəsmlər olan kitabla gəlib.

İngilis kitab illüstratoru David Hockney bu ilki Frankfurt kitab yarmarkasına içinə nəhəng rəsmlər olan kitabla gəlib.

O xüsusilə parlayan əşlayarı çəkməyi sevir, məsəlçün: eynək, qab-qacaq, hovuz. Son dövr isə o iPad-la şəkil çəkməyə başlayıb. David Hockney həyatının böyük hissəsini ABŞ-da yaşamış, ingilis qrafik rəssamıdır. O dünyada daha çox kitablara illustrasiya çəkən pop-art rəssamı kimi tanınır. Bu ilki Frankfurt kitab yarmarkasında Hockney özünün yeni işini, rəsmlərini çəkdiyi "Ən böyük kitab" layihəsini təqdim edib.

Buna da bax: Frankfurt kitab yarmarkası türk yazıçısının məktubu ilə açılıb

Can Dündar

Türk jurnalisti Can Dündar bundan sonra Leipzing də yaşayacaq. O Türkiyədə qalıb boş-boşuna həbs olunmaq istəmədiyini deyir. Yarmarkada isə onun yeni kitabı təqdim olunub.

Türk jurnalisti Can Dündar bundan sonra Leipzing də yaşayacaq. O Türkiyədə qalıb boş-boşuna həbs olunmaq istəmədiyini deyir. Yarmarkada isə onun yeni kitabı təqdim olunub.

Bu yaxınlarda Türkiyədə Almaniyaya köçmüş "Cumhuriyyət" qəzetinin redaktorlarından biri Can Dündar Almaniyada change.org saytında həbsdan azad olunması ilə bağlı səsvermə təşkil edilməsi ilə tanınmağa başlamışdı. Bu dəfə isə o Frankfurt kitab yarmarkasına gəlib. Can Dündar burda almanca çıxmış "Lebenslang für die Wahrheit - Aufzeichnungen as dem Gefängnis" (Həqiqət uğrunda yaşanan bir həyat- həbsxanadan qeydlər) kitabının təqdimatını edib. Onun kitabı Almaniyadakı "Hoffmann und Campe" nəşriyyatında çap olunub. Xatırladaq ki, Can Dündar digər jurnalist yoldaşı Erdem Güllə birgə jurnalist araşdırmasından sonra bir ilə qədər həbsdə yatıb.

Elif Shafak

Elif Şafak Orhan Pamukdan sonra beynəlxalq aləmin ən çox tanıdığı türk yazıçı hesab olunur.

Elif Şafak Orhan Pamukdan sonra beynəlxalq aləmin ən çox tanıdığı türk yazıçı hesab olunur.

Türk yazıçısı Elif Şafak bundan əvvəl ingiliscə yazdığı "The Bastard of Istanbul" və "The Forty Rules of Love" kitabları ilə Frankfurt kitab yarmarkasına qatılmışdı. O vaxtının çox hissəsini Londonda keçirir və daha çox ingiliscə danışır, qərb mediası onu yaxşı tanıyır. İndi isə o Frankfurtda həm Avropa və İslam mövzusunda olan panelə qatılmaq üçün, həm də "Həvvanın üç qızı" kitabının təqdimatı üçün gəlib. Bu kitab da elə son dövrlər Türkiyədə müşahidə olunan Qərb sekulyar demokratiyası ilə Şərq islam mədəniyyəti arasındakı ixtilaflardan bəhs edir.

Boualem Sansal

Əlcəzairli yazıçı Boualem Sansal.

Əlcəzairli yazıçı Boualem Sansal.

Əlcəzairli yazıçı Boualem Sansal da avropada tanınan yazıçıdır. O 2011-ci ildə Almaniya Kitab Ticarəti təşkilatının Sülh Mükafatını qazanıb. Bu il isə o Frankfurtda Elif Şafakla birlikdə "Avropa və İslam" mövzusunda müzakirədə iştirak edir. Onun müşahidələri isə pessimizm üzərində qurulub. Sansal deyir ki, "Şərqin təbliğ etdiyi İslam hər gün get-gedə daha çox demokratik dəyərləri sıxışdırır və bu onun sonuncu əsərində də əks olunub". "2084: Dünyanın sonu" kitabı 2017-ci ildə çapdan çıxacaq. Kitab artıq Fransada səs-küyə səbəb olub, çünki kitabda gələcəkdə bəşəriyyəti idarə edəcək totalitar dini rejimdən söhbət gedir.

Buna da bax: Mədəniyyət Nazirliyi Frankfurt kitab sərgisinə yenə də əliboşmu gedir? [sorğu]

Timothy Garton Ash

Britaniya tarixçisi Timothy Garton Ashın söz azadlığı ilə bağlı məşhur kitabı.

Britaniya tarixçisi Timothy Garton Ashın söz azadlığı ilə bağlı məşhur kitabı.

Frankfurt kitab yarmarkasının rəhbəri Jürgen Boos özü Timothy Garton Ash-dan sitatlar gətirib. Bu ingilis tarixçisinin "Azad söz: bir-biriylə əlaqəli dünyanın on prinsipi" adlı kitabını təqdim edib. Kitab almaniyada "Hanser Berlin" nəşriyyatından çıxıb. O bu ilki yarmarkada çoxsaylı qonaqlardan biridir.

Ian Kershaw

Daha bir britaniyalı tarixçi Ian Kershaw Frankfurt kitab yarmarkasının mühüm qonaqlarından biridir. O ikicildlik Hitler bioqrafiyasının müəllifidir. Avropada o tarixi anlayışlı dillə yazmaq üzrə məşhurlaşlıb. Onun "Cəhənnəmə və ordan geriyə: Avropa 1914-1949" adlı kitabı yarmarkada sərgilənir. O burda Avropa idealizminin sonu və Avropanın sülh içərisində yaşaması üçün gərəkən vərdişlər haqda sualları cavablayıb.

Leon de Winter

Niderland yazıçısı Leon de Winter Frankfur kitab yarmarkasında müzakirələrdə.

Niderland yazıçısı Leon de Winter Frankfur kitab yarmarkasında müzakirələrdə.

Belçikanın Filandriya əyaləti və Niderland krallığı bu ilki Frankfurt kitab yarmarkasının qonaqlarıdır. Bununla bağlı həmin bölgələrdən Frankfurta fərqli yaşlarda yazıçılar dəvət olunub. Yarmarkanın açılışında yazıçılar Arnon Grünberg və Charlotte Van den Broeck öz ədəbi təcrübələrini bölüşüblər. Niderlandlı yazıçı Leon de Winter isə artıq Almaniyada xeyli məşhurdur. Onun "Geronimo" romanı Almaniyada "Diogenes" nəşriyyatından çıxıb. Qalmaqallı roman beynəlxalq terrorçu Osama bin Laden onun şəxsi həyatı və onun ətrafında baş vermiş dəhşətli olaylardan bəhs edir.

Fiona Kidman

Fiona Kidman isə əksinə Almaniyada tanınmır, ancaq öz ölkəsi Yeni Zellandiyada o dostluq ordeninə layiq görülmüş məşhur yazıçıdır. Onun yeni kitabı "Günboyu film"də 76 yaşlı keçmiş yazıçı Yeni Zellandiya tarixindən, keçmiş və indiki dövründən, bir ailənin fonunda əhvalatlar danışılır.

Buna da bax: Gürcüstan Frankfurt kitab yarmarkasına iki nazirini göndərib

John Burnside

Almaniyada artıq xeyli məşhurlaşmış şotland yazıçı John Burnside, kitab müzakirəsində.

Almaniyada artıq xeyli məşhurlaşmış şotland yazıçı John Burnside, kitab müzakirəsində.

Şotland yazıçısının son kitabı Frankfurt kitab yarmarkasından öncə Almaniya televiziyasında müzakirə olunub. Bu kitabın Almaniyada uğurunun göstəricisidir. John Burnsidenin 2006-cı ildə çıxmış bestseller "Atam haqda yalan" kitabında yazıçı uşaqlıqda amansız münasibət gördüyü alkoqol düşkünü atasından bəhs edir. İndi isə onun 2011-ci ildə ingiliscə çıxmış "Oyuncaqlar aləmində oyanmaq" kitabının almancası çapdan çıxıb. Kitab Frankfurt kitab yarmarkasında təqdim olunur.

Donna Leon

Amerikalı detektiv yazıçı Donna Leon.

Amerikalı detektiv yazıçı Donna Leon.

Amerikalı detektiv yazıçısı Donna Leon isə Frankfurt kitab yarmarkasında Commissario Guido Brunettinin macəralarından bəhs edən 25-ci kitabı təqdim edir. Əvvəlki kitablarda olduğu kimi burda da hadisələr yazıçının uzun illərdir yaşadığı Venesiya şəhərində baş verir. 74 yaşlı Donna Leon yazıçılıqla vidalaşıb özünə vaxt ayıracağını elan edib və buna görə də yarmarkada ona böyük maraq var. Komissar Brunettinin sonuncu macərası "Əbədi gənclik iksiri" kitabı yazıçının sonuncu kitabı ola bilər.

Mənbə:

www.buchmesse.de

www.dw.com

www.zeit.de

www.spiegel.de

Günün bütün mövzuları

XS
SM
MD
LG