Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:21

Frankfurt kitab yarmarkası türk yazıçısının məktubu ilə açılıb


Frankfurt kitab yarmarkası 2015.
Frankfurt kitab yarmarkası 2015.

-

Oktyabrın 19-u Almaniyanın Frankfurt şəhərində dünyaca məşhur Frankfurt kitab yarmarkası öz işinə başlayır. Bu il yarmarkanın fəxri qonaqları Belçika və Niderlanddır. Yarmarkanın rəsmi açılışı isə oktyabrın 18-i baş tutmuş və həmin gün Niderland kralı Willem-Alexander və Belçika kralı Philippe və arvadı Matilda da qatılıblar. Beş gün ərzində sərgidə yüz ölkədən gələn yeddi mindən çox nəşriyyat, ədəbiyyat agentliyi və kitab satıcısı öz kitablarını sərgiləyəcəklər.

Frankfurta 99 belçikalı və holland yazıçısının gələcəyi gözlənilir, onların arasında uşaq yazıçısı və kitab illüstratoru Ted Van Lieshout, psixoloq Ian De-Leu, romançı Vichke Versteg də var. Bir həftə ərzində kitab sahəsində 450 yenilik təqdim olunacaq. Maraqlıdır ki, fəxri qonaqlar təkcə bədii ədəbiyyat, poeziya və elmi-populyar ədəbiyyatı deyil, həm də də kitab sənətidəki yenilikləri təqdim edəcəklər.

Buna da bax: Mədəniyyət Nazirliyi Frankfurt kitab sərgisinə yenə də əliboşmu gedir? [sorğu]

Qadağan olmuş kitablar sərgisi

2016-cı ildə Frankfurt Kitab Sərgisindən bir mənzərə.
2016-cı ildə Frankfurt Kitab Sərgisindən bir mənzərə.

Oktyabrın 20-də Frankfurt kitab yarmarkasında Argentinadan olan rəssam və skulptor Marta Minuxin "Kitablardan Parfenon" adlı layihəsini təqdim edəcək. Bu layihə çərçivəsində tarix boyu senzuraya məruz qalmış, ya da hələ də qadağan olan 100 mindən çox əsərin toplanılmasına çalışılacaq. Minuxin nəşriyyatlardan, yazıçılardan və adi iştirakçılardan rica edir ki, "uyğunsuz" kitabların dünyaya göstərilməsi üçün ona versinlər. Kitabları təkcə öz əlinlə deyil Kassel və Afina şəhərlərinə poçtla da göndərə bilərsən. Bundan sonra skulptor kitablardan ibarət Parfenon tikəcək. Bu qədim yunan arxitektura nümunəsi demokratiya aləminin ilk qalası hesab olunur.

İtalyanın kitab stendi maraq çəkir

Dünyada kitab sənayesi sürətlə böyüyən ölkələrdən biri də İtalyadır. Təsadüfi deyil ki, bu il Frankfurt Kitab yarmarkasında İtaliyaya ayrılmış yer keçən ilkindən iki dəfə böyükdür. Yarmarkanın təşkilatçıları İtalyadan cəmi 100 nəşriyyat gözləsələr də bu ölkənin əyalət nəşriyyatlarının da sərgiyə qatılması ayrılan yerin böyüdülməsinə səbəb olub.

Lüterin yenilənmiş İncili də sərgilənəcək

Alman Reformasiyasının 2017-ci ildə 500 illiyi tamam olacaq və buna görə də bu il Frankfurt Kitab Sərgisində məşhur alman reformatoru Martin Lüterin tərcümə etdiyi İncilin yenidən çap olunmuş versiyası sərgilənəcək. Xatırladaq ki, kitabın bu versiyası Alman İncil Təşkilatının səyləri ilə nəşr olunub və kitabın redaktəsinə on ilə qədər vaxt sərf olunub.

Kitabın klassik versiyasından əlavə məktəb və kilsələr üçün, həmçinin smartfon və audiokitablar formasında 14 variantı da hazırlanıb.

Buna da bax: Türk yazıçısı həbsxanadan yazır: "Su vermirlər"

Sərginin açılışında türk yazıçısının məktubu oxunub

Builki Frankfurt Kitab Sərgisi əvvəliklərdən bir cəhəti ilə də fərqlənib. Belə ki, sərginin açılışında Türkiyədə həbsə salınmış, "Özgür Gündem" qəzetinin yazarı Aslı Erdoğanın həbsxanadan yazdığı məktub oxunub.

Türk yazıçısı Aslı Erdoğan 15 iyul dövlət çevrilişi cəhdindən sonra "terrot təşkilatına yardım üçün təbliğat aparmaq" ittihamı ilə həbs olunub.
Türk yazıçısı Aslı Erdoğan 15 iyul dövlət çevrilişi cəhdindən sonra "terrot təşkilatına yardım üçün təbliğat aparmaq" ittihamı ilə həbs olunub.

Aslı Erdoğanın məktubunu Alman Kitab Nəşri və Yayınçıları təşkilatının rəhbəri Heinrich Riethmüller aralarında Avropa Parlamentinin rəhbəri Martin Schulz, Belçika kralı Philippe və Hollandiya kralı Willem-Alexanderin də olduğu yüzlərlə insanın qarşısında oxuyub.

Erdoğanın məktubunda ən çox "Necə olduğunu bilməsəm də ədəbiyyat həmişə diktatorların öhdəsindən gəlməyi bacarıb" cümləsi diqqət çəkib.

Xatırladaq ki, 2008-ci ildə Türkiyə Frankfurt Kitab Sərgisinin qonağı olarkən Aslı Erdoğan burada Türkiyəni təmsil edən yazıçı kimi iştirak etmişdi.

Beləliklə bu ilki Frankfurt Kitab Sərgisinin əsas mövzusu fikir azadlığı üçün aparılan mübarizə olub. Bunu Alman Kitab Nəşri və Yayınçıları təşkilatının rəhbəri Heinrich Riethmüller deyib. "Fikir və yayın azadlığının bütün dünya boyu hədələrlə üzləşdiyini görürük. Kəlmələrin azadlığı bizim üçün insan haqqıdır və alver predmeti olmamalıdır" - deyə Riethmüller bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG