Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

70 Nobel mükafatçısı oktyabrın 18-də ABŞ prezidenti Barack Obamaya açıq məktub ünvanlayıb.

Onlar məktubda, Demokrat partiyasından prezidentliyə namizəd Hillary Clintona səs verəcəklərini bildiriblər.

“Azadlığımızı qorumaq, konstitusiya idarəçiliyi forması,milli təhlükəsizliyi müdafiə etmək və bütün ölkə sakinlərinin birlikdə yaxşı gələcək naminə işləyəcəklərinə təminat vermək üçün, Hillari Klintonun növbəti prezident seçilməsi vacibdir”, məktubda bildirilir.

Müəlliflərin fikrincə,dövlət başçısı qəti şəkildə elm və texnologiyanın inkişafını dəstəkləyən adam olmalı, həmçinin elmi kadrları gücləndirmək üçün immiqrasiya və təhsil sahələrində islahatlara hazır olmalıdır.

Nobel mükafatçıları elmin müxtəlif sahələrindən olan alimlərdir.

İqtisadiyyat üzrə Nobel mükafatçısı Oliver Hart və kimyaşı Freyzer Stoddart da məktuba imza atanlar arasındadır.

Onların ikisi də bu ilki mükafatçılardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG