Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

ABŞ-la Rusiya arasında gərginlik təhlükəli həddə çatıb. Bunu keçmiş Sovet lideri Mikhail Gorbachev deyib.

«RIA-Novosti» agentliyinə müsahibəsində 85 yaşlı Gorbachev dialoqun vacib olduğunu vurğulayıb: «Məncə, dünya çox təhlükəli nöqtəyə gəlib. Konkret proqnozlar vermək istəmirəm, amma bu prosesin dayandırılmalı olduğunu deməliyəm. Dialoqu bərpa etməliyik. Ən böyük səhv dialoqu dayandırmaq idi».

Ukraynaya görə münasibətləri onsuz da pisləşən Rusiyayla ABŞ indi Suriya məsələsində qarşı-qarşıyadır. Oktyabrın 3-də Birləşmiş Ştatlar Rusiyayla Suriya danışıqlarını dayandırdığını elan edib. Digər tərəfdən Ağ Ev rus hakerlərini ABŞ-ın rəsmi sənədlərinə müdaxilədə günahlandırır. Kreml isə bir neçə nüvə razılaşmasını dondurub, Suriyaya və Avropayla sərhədə silah yerləşdirir.

Mikhail Gorbachev deyib ki, prioritetlərə--nüvə silahının yayılmaması haqda razılaşmaya, terror əleyhinə mübarizə və təbii fəlakətlərin qarşısını almaq məsələlərinə qayıtmaq zəruridir: «Bunlarla müqayisədə qalan hər şey arxa plana keçir».

Məhz Qərblə gərginliyi aradan qaldırmaq, Soyuq müharibəyə son qoymaq istiqamətində gördüyü işlərə görə Gorbachev 1990-cı ildə Nobel sülh mükafatına layiq görülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG