Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Türkiyədəbaş verən partlayışda ölənlərin sayı 18-ə çatıb. Rəsmi məlumata görə, ölənlərdən 10-u hərbçi, 8-i sakinlərdir. 27 nəfər yaralanıb.

Türkiyənin baş naziri Binali Yıldırım partlayışı kürd kamikadzenin törətdiyini, onun içərisində 5 ton partlayıcı olan avtomobili partlatdığını deyib.

Hadisə oktyabrın 9-da baş verib. Türkiyənin «Anadolu» agentliyinin yaydığı məlumata görə, ölkənin cənub-şərqində, Hakkari vilayətindəki jandarma məntəqələrindən birinin yaxınlığında dayanmış avtomobil partlayıb.

Türkiyədə ötən ilin yayından bəri terror hücumları nəticəsində yüzlərlə adam həlak olub. Dövlət bütün partlayışların arxasında ya PKK, ya «İslam Dövləti»nin (İŞİD) dayandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG