Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 23:33

Lavrov:"ABŞ Rusiyanın milli təhlükəsizliyini hədələyir"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, ABŞ onların milli təhlükəsizliyini hədələyən “aqressiv addımlar” atır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, ABŞ onların milli təhlükəsizliyini hədələyən “aqressiv addımlar” atır.

“Biz ABŞ-ın Rusiyaya qarşı siyasətində fundamental dəyişikliklərin şahidiyik, bu, heç də sadəcə ritorik rusofobiya deyil, milli təhliüləsizliyimizi, milli maraqlarımızı hədələyən aqressiyadır”, deyə Lavrov Rusiyanın "Birinci kanal"ına verdiyi müsahibədə bildirib.

Nazir ABŞ-ın Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə hərbi texnika daşıdığına işarə edib.

Lavrov onu da deyib ki, ABŞ Suriya hökumət qüvvələrinə hava zərbələri endirsə, Rusiya da öz növbəsində Suriya hökumətini müdafiə edəcək.

Vaşinqton və Moskvanın Suriya münaqişəsində bir-biri ilə kəskin fikir ayrılıqları var. ABŞ-la Rusiyanın münasibətləri Ukrayna böhranından sonra daha da pisləşib. Krımın ilhaqından sonra ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG