Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:18

Gələn il böyük özəlləşdirmə gözlənilmir


Qubad İbadoğlu
Qubad İbadoğlu

“Dövlət büdcəsi layihəsində gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir”.

Turan-ın xəbərinə görə, iqtisadçı Qubad İbadoğlu 2017-ci ilin dövlət büdcəsini şərh edərkən belə deyib.

Eskpert qeyd edib ki, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalarda bu illə müqayisədə, gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb.

“Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək”, deyə Q.İbadoğlu düşünür.

Buna da bax: Pənah Hüseyn İlham Əliyevə cavab verdi

Təhsil haqqı 20 faiz bahalaşacaq

Ekspert qeyd edib ki, əhəmiyyətli artımlardan biri büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə olacaq.

“Bu mənbədən daxilolmalarda 48 milyon manat artım proqnozlaşdıırlır. Bu isə o deməkdir ki, gələn il ödənili təhsil 20 faizə qədər bahalaşacaq”, deyə Qubad İbadoğlu hesab edir.

Buna da bax: Özəlləşdiriləcək müəssisələrin təqdimatı olub

2017-ci il dövlət büdcəsi haqqında yeni açıqlanmış qanun layihəsində gəlirlər 15,9 milyard, xərclər isə 16,6 milyard manat proqnozlaşdırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG