Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:33

İlhamə Quliyevanın oğlu: 'Rəhmətlik emosional adam idi...'


İlhamə Quliyeva
İlhamə Quliyeva

"Mən araşdırmalarımdan, son müşahidələrimdən o nəticəyə gəlmişəm ki, Mehriban günahsızdı. Mən həqiqətləri dostum Vüqar Bəkirov həbs olunandan sonra bildim".

Bunu mərhum müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirov sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib. O, Xalq artistinin köməkçisi olmuş Mehriban Hüseynovanın məhkəməsində şahid qismində dindirilib.

Buna da bax:​ İlhamə Quliyevanın köməkçisi məhkəmə qarşısında

“SONRA BAŞA DÜŞDÜM Kİ...”

Mehriban Hüseynova İlhamə Quliyevanın əmlakını ələ keçirməyə cəhddə suçlanır. Orxan Nadirov istintaqda dindirilərkən onun əleyhinə ifadə versə də, indi fikrini dəyişib. Məhkəmədə deyib ki, əmlakı ələ keçirmək planı hazırda həbsdə olan dostu Vüqar Bəkirovun planı olub, o, Mehriban Hüseynovadan bu planı həyata keçirmək üçün istifadə eləməyə çalışıb.

Orxan Nadirov bildirir ki, Vüqar Bəkirov özünü dost kimi göstərsə də, əslində, ona qarşı düşmən münasibəti olub: "Vüqar həbs ediləndən sonra səs yazılarından başa düşdüm ki, o, məndən qisas almaq istəyirmiş. Səs yazılarından birində Mehribana deyir ki, "məni İlhamə Quliyeva ilə görüşdür, Orxandan qisasımı alım". Həmin səs yazısını məhkəməyə də təqdim edə bilərəm. Mən vaxtilə Vüqarı müdafiə etməkdə səhv eləmişəm. Binəqədi Rayon Polis İdarəsində mənim barəmdə cinayət işi açdırmaq istəyirdi. Vüqar borc məsələsində məni şərləmək istəyirdi".

Buna da bax:​ İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı

“XƏBƏRSİZ İDİK”

İlhamə Quliyevanın ölümündən bir müddət əvvəl onunla münasibətlərinin korlandığını deyən Orxan Nadirov istintaqda və məhkəmədəki ifadələri arasındakı ziddiyyəti belə izah edib: "Mən də, rəhmətlik də (İlhamə Quliyevanı nəzərdə tutur) əsl olanlardan xəbərsiz idik".

İlhamə Quliyeva ilə münasibətlərinin korlanmasının səbəbilə bağlı prokurorun sualına Orxan Nadirov belə cavab verib: "Rəhmətlik emosional adam idi..."

Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.

Mehriban Hüseynova ötən ilin oktyabrında saxlanıb.

İlhamə Quliyeva isə bu ilin fevralında xəstəlikdən dünyasını dəyişib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG