Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 03:48

İlhamə Quliyevanın köməkçisi məhkəmə qarşısında


İlhamə Quliyevanın köməkçisi, Mehriban Hüseynova

İlhamə Quliyevanın köməkçisi, Mehriban Hüseynova

Mərhum Xalq artistinin əmlakını ələ keçirmək cəhdində günahlandırılan Mehriban Hüseynova günahsız olduğunu deyir.

"Bu qədər ədalətsizlik olmaz..." Bunu mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynova məhkəmədə deyib.

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi başlayıb.

Buna da bax: İlhamə xanımın ilhamı...

Mehriban Hüseynova saxta sənədlər düzəltməklə İlhamə Quliyevanın əmlakını ələ keçirmək cəhdində təqsirləndirilir. Ona qarşı CM-nin 29,180.3.2-ci (zərərçəkmişə külli miqdarda ziyan vurmaqla soyğunçuluq cəhdi) maddəsilə ittiham irəli sürülüb.

Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev onun günahsız olduğunu bildirərək, barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Vəkilin digər vəsatəti isə işə xitam verilməsə belə, onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub.

Buna da bax: İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı

Mehriban Hüseynova da vəkilinin vəsatətlərinə münasibət bildirərkən günahsız olduğunu deyib. Həbsdə saxlanılmasını “ədalətsizlik” adlandıran Hüseynova həmçinin qardaşlarının Qarabağ müharibəsi iştirakçısı olduğunu məhkəmənin nəzərinə çatdırıb.

Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. İş üzrə məhkəmə baxışı avqustun 23-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG