Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

"Həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir. Cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5 faiz korreksiyaya uğrayıb".

Mərkəzi Bankın sədri Elman Rüstəmov sentyabrın 26-da jurnalistlərə açıqlamasında belə deyib.

APA-nın xəbərinə görə, baş bankir manatın məzənnəsi ilə bağlı proqnoz verməyə çətinlik çəkib.

Buna da bax:​ Hökumət hərraclarla manatı qoruya biləcəkmi?

“Manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”

“Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir. Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”, E.Rüstəmov bildirib.

E.Rüstəmov inflyasiyanın artmasının xüsusilə narahatlıq doğurduğunu ifadə edib.

İnflyasiya 11 faizdir

“Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanın qarşısını almaqdır. Bu günə inflyasiya 11 faizdir”, deyən Elman Rüstəmov qiymət artımı gözləntiləri haqda danışmağın da çətin olduğunu ifadə edib.

Buna da bax:​ Reuters: Azərbaycanda qara bazarda 1 dollar 2 manata satılır

“Bu ilin sonuna qədər ölkədə qiymət artımının nə qədər olacağını proqnozlaşdırmaq çətindir. Amma makroiqtisadi sabitlik üçün inflyasiyanın qarşısı maksimum dərəcədə alınmalıdır. Çox yüksək inflyasiya və devalvasiya iqtisadiyyat üçün ziyandır. Aşağı inflyasiya makroiqtisadi sabitliyin təmin edilməsi üçün zəruridir”, Mərkəzi Bank sədri bildirib. Müstəqil iqtisadçılar isə deyir ki, Azərbaycanda real inflyasiya açıqlanan rəqəmdən daha yüksəkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG