Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

117 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib


Beynəlxalq müşahidəçi

Beynəlxalq müşahidəçi

Referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Bunu MSK sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək referendumla bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Trend bildirir ki, Məzahir Pənahov “referendumun yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü” bildirib.

Məzahir Pənahov deyib ki, 16 ölkənin KİV nümayəndələri və 117 beynəlxalq müşahidəçi də sabah referendumu izləyəcək.

MSK sədrinin sözlərinə görə, məlumatların dərhal MSK-ya daxil olması üçün bütün dairələr texniki vasitələrlə təmin edilib. Kompüter mütəxəssislərinə xüsusi təlim keçirilib, o əlavə edib.

Buna da bax:​ Müşahidəçilərin çoxu YAP-çılardır

Məzahir Pənahov deyib ki, 16 ölkənin KİV nümayəndələri və 117 beynəlxalq müşahidəçi də sabah referendumu izləyəcək.

M.Pənahov qeyd edib ki, bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir: “Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə müşahidəçilərin sayı 53 mindən artıqdır. Müşahidə aparmaq üçün müraciət edən heç kimə imtina cavabı verilməyib”.

XS
SM
MD
LG