Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

“Azadlıq” qəzetinin nəşrində, hələ ki, problemlər davam edir. Xəbəri “Azadliq.info” saytı yayıb.

Sayt qeyd edir ki, başlıca problemlərdən biri olan imza nümunəsi məsələsi həll olunsa da, qəzetin hesabının olduğu Beynəlxalq Bank bununla yanaşı daha bir sənədin təqdim olunmasını tələb edir: “Sentyabrın 19-da həmin sənədi təqdim etmək mümkün olmadığına görə, qəzet sabah da nəşr olunmayacaq. Lakin sabah həmin sənəd banka təqdim ediləcək. Ümid edirik ki, bundan sonra qəzet nəşrini davam etdirəcək”

«Qasid» Yayım Firması “Azadlıq” qəzetinə borclu olduğunu təkzib etmir, ancaq məsələ də illərdir həll edilməmiş qalır.

Mili Şuranın sentyabrın 17-də keçirilən mitinqdə qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev aksiya iştirakçılarına xitab edərək “gələn ikinci gün “Azadlıq”ı almağı unutmayın” müraciəti etmişdi. Onda qəzetin maliyyə problemini müvəqqəti də olsa çözdüyü qeyd edilmişdi.

Buna da bax: ‘Azadlıq’ qəzetini böhrana salmağın tərkib hissəsi

«Azadlıq» qəzetinin çapı sentyabrın 6-dan dayanıb. Bu o vaxt mətbəə borcu ilə izah edilmişdi.

Redaktorun birinci müavini R.Hacıyevin deməsinə görə, hələ, bir müddət öncə «Azərbaycan» nəşriyyatının rəhbərliyi onları xəbərdar edib ki, borc ödənilməyəcəyi halda qəzetin çapı dayandırılacaq. Birinci müavin nəşriyyata 20 min manat borcu olduqlarını söyləyib: «Bizim nəşriyyata 20 min manat verəcəyimiz var. «Qasid» Yayım Firması isə bizə 70 min manata yaxın verməlidir. Bütün üsullara əl atmağımıza baxmayaraq, biz bu pulları «Qasid»dən ala bilmədik».

«Azadlıq» qəzetinin çapı sentyabrın 6-dan dayanıb. Bu o vaxt mətbəə borcu ilə izah edilmişdi.

«Qasid» Yayım Firması “Azadlıq” qəzetinə borclu olduğunu təkzib etmir, ancaq məsələ də illərdir həll edilməmiş qalır.

Buna da bax: “Azadlıq”ın borcundan çox ona borc var

Qəzetin çapının dayanmasına bir başqa səbəb kimi isə maliyyə direktoru Faiq Əmirlinin həbsindən sonra satışdan əldə olunan vəsaitlə bağlı bank əməliyyatları aparılmasının mümkün olmaması göstərilirdi. Bu problemin həllindən ötrü hansısa şəxsə bank əməliyyatları aparmaq səlahiyyəti verilməli idi.

Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fetullah Gülen-in tərəfdarlarının “Hizmet” Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə onun həbsini siyasi sifariş sayır.

«Azadlıq» qəzeti 1989-cu il dekabrın 24-dən çap olunurdu.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG