Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

“Azadlıq”ın borcundan çox ona borc var


"Azadlıq"ın əməkdaşları "Qasid"dən pulunu tələb edirlər. Aksiya (Arxiv)

"Azadlıq"ın əməkdaşları "Qasid"dən pulunu tələb edirlər. Aksiya (Arxiv)

-

““Azadlıq” qəzetinin çapına icazə verməmək hədəsi əslində borc məsələsi deyil. Əsl məqsəd söz və mətbuat azadlığına təzyiq, tənqidi səsləri susdurmaqdır”.

Sivil Toplum Platformasının “Azadlıq” qəzeti ilə Azərbaycan Nəşriyyatı arasında yaranan borc mübahisəsi ilə bağlı yaydığı bəyanatda belə deyilir:

Vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, dövlət qurumu olan “Qasid” yayım firmasının “Azadlıq” qəzetinə 70 min manatdan çox borcu var:

"Bununla yanaşı Azərbaycan nəşriyyatı da dövlətin nəzarətindədir. "Azadlıq”ın nəşriyyata olan 20 min manat borcun yayım firmasının bu qəzetə olan borcu ilə əvəzlənməməsi söz azadlığını susdurmaq şübhəsi yaradır."

Sivil Toplum Platforması səlahiyyətli dövlət rəsmilərini “Azadlıq” qəzetinin borc problemini yayım firmasının qəzetə olan borcu ilə əvəz etmək müstəvisində həll olunmasını təmin etməyə çağırıb.

“Azadlıq”ın nəşriyyata çap üçün 18 342, kommunal xərclərə görə isə 1064 manat borcu yığılıb. Azərbaycan Nəşriyyatı ötən həftənin sonunda “Azadlıq” qəzetinə borcu ödəmək üçün bir həftə vaxt verib. Borc ödənməsə qəzetin çapından imtina ediləcək.

Sivil Toplum Platformasi bu il fevralın 10-da yaradılıb. Qurum ölkədəki vəziyyətlə bağlı alternativ layihələr hazırlamağı, təkliflərlə çıxış etməyi nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG