Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:56

Gəncədə ev uçub, azyaşlı bacılardan biri ölüb


Divar (arxiv fotosu)
Divar (arxiv fotosu)

Bu gün, sentyabrın 16-sı 17-i radələrində Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 14-15 yaşlarında iki qız dağıntıların altında qalıb.

Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb. Digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Buna da bax:​ Astarada Baxşıyevlər ailəsi açıq havada gecələyir

Ölən qızın 14 yaşlı Sona Osman qızı İsmayılova, xəsarət alan isə onun bacısı, 15 yaşlı Mehparə İsmayılova olduğu bildirilir.

Sonradan həmin qızların bacı olduqları müəyyənləşib.

Ölən qızın 14 yaşlı Sona Osman qızı İsmayılova, xəsarət alan isə onun bacısı, 15 yaşlı Mehparə İsmayılova olduğu bildirilir.

Evin divarının hansı səbəbdən uçduğu, hələlik, açıqlanmır.

APA-nın xəbərində qeyd edilir ki, uçmuş divar altında qalan iki bacını xəstəxanaya aparan zaman onların qohumları tibb bacılarına xəsarət yetiriblər. Onlar qızlara vaxtında yardım göstərilmədiyini bildiriblər.

Buna da bax:​ "Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]

Dərhal DİN-in 102 xidmətinə məlumat verilib. Əraziyə gələn hüquq mühafizə orqanları əməkdaşlarının araşdırma apardıqları bildirilir.

XS
SM
MD
LG