Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34

Samsung şirkəti son 2 gündə öz bazar dəyərinin 11 faizini və ya 22 milyard dollar itirib. Bunu sentyabrın 12-də Bloomberg xəbər verir. Bundan əvvəl Samsung itkilərinin 1 milyard dollar olacağılnı ehtimal edirdi.

İtkilərə səbəb Samsung-unöz yeni Galaxy Note 7 smatrfonlarını geri çağırmasıdır. Sentyabrda Samsung Galaxy Note 7-lərin satışını dayandırdı. Həmin vaxta telefonun akkumulyatorundakı çatışmazlıqlara görə 30-a yaxın yanğın hadisəsi qeydə alınmışdı.

Bütün dünya üzrə aviaşirkətlər öz sərnişinlərinə müraciət edirlər ki, Galaxy Note 7-dən istifadə etməsinlər.

Yeni akkumulyatorlar sentyabrın 19-da hazır olacaq. Samsung köhnə akkumulyatorlarla 2 milyon 500 min telefon satmışdı.

Bloomberg bildirir ki, Samsungun səhmləri 2008-ci ildən bəri belə sürətlə ucuzlaşmamışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG