Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:31

Note 7-nin satışı dayandırıldı


Samsung GALAXY Note 3
Samsung GALAXY Note 3

Dünya şöhrətli Samsung şirkəti «Galaxy Note 7» telefonlarının sahiblərinə təcili çağırış edib. Onlara tövsiyə olunur ki, akkumulyatorundakı problemlə əlaqədar telefonu dərhal söndürüb aldıqları mağazaya geri qaytarsınlar.

Şirkətin rəsmi saytında bu barədə məlumat yerləşdirilib. Məlumatda deyilir: «Bütün müştərilərimizə mübadilə proqramından faydalanmağı təkidlə tövsiyə edirik. Çünki sizin təhlükəsizliyiniz bizim üçün başlıca prioritetdir. Galaxy Note 7-nin satışı və təchizatı artıq dayandırılıb. Ancaq əgər siz artıq həmin qurğudan almısınısza, onda onu dəyişdirməyinizi israrla tövsiyə edirik».

Buna da bax: Samsung: Galaxy Note 7 partlaya bilər

Tərslikdən bu Samsung əsas rəqibi Apple-in yeni iPhone 7-ni təqdim etməsindən bir neçə gün əvvələ təsadüf edib.

Cənubi Koreya şirkətinin bu elanı yayması hava yolları şirkətlərinin öz sərnişinlərinə təyyarədə olarkən sözügedən smartfondan istifadə etməməsi barədə xəbərdarlığı ilə eyni vaxta təsadüf edir.

Galaxy Note 7 istifadəçilərinin bir çoxu enerji yığarkən telefonun batareyasının alışması ilə bağlı şikayət etmişdi. Bunun ardınca Samsung araşdırmalara başlamışdı. Bir müddət sonra isə həmin telefonları batareyasındakı qüsurlara görə geri çağırmışdı. Bu, hələ də insanların istifadəsində olan milyonlarla həmin modelin potensial təhlükə mənbəyi kimi risk daşıdığı anlamına gəlirdi. Xüsusilə də hava yolu şirkətləri üçün.

Galaxy Note 7 istifadəçilərinin bir çoxu enerji yığarkən telefonun batareyasının alışması ilə bağlı şikayət etmişdi.

Bunu nəzərə alan Amerikanın Federal Aviasiya Administrasiyası cümə axşamı belə bir bəyanatla çıxış etmişdi: «Galaxy Note 7 ilə əlaqədar son insidentləri və Samsung şirkətinin narahatlıqlarını nəzərə alaraq, sərnişinlərə təkidlə məsləhət görürük ki, təyyarədə olarkən bu telefonları bağlı saxlayın. Hər hansı enerji mənbəyinə taxmayın və baqaja verməyin».

Hava yolu şirkətləri Note 7-ni təyyarədə olarkən işə salmamağa çağırıb

Buna da bax:​ Samsung-un 9 mobil telefonunun satışı qadağan edilə bilər

Bəzi beynəlxalq hava yolu şirkətləri bununla bağlı hətta konkret addımlar da atıblar. Məsələn, Singapore Airlines, Qantas və Virgin Australia şirkətləri sərnişinlərə Note 7-ni təyyarədə olarkən işə salmamağa çağırıb. American Airlines da hava limanında ikən Note 7 smartfonu olan sərnişinlərindən onu söndürmələrini tələb edəcəyini bildirib.

Samsung-un vətəni Cənubi Koreyanın aparıcı hava yolu şirkəti Korean Air isə öz təyyarələrində Note 7-dən istifadəyləbağlı hələlik hər hansı məhdudiyyət tətbiq etmək niyyətində olmadığını açıqlamışdı. Ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat naziri cümə günü bildirmişdi ki, sərnişinlərin sözügedən telefonu təyyarəyə gətirməsinə və ya uçuş zamanı onu hər hansı enerji mənbəyinə taxmasına qadağa qoymayacaqlar. Doğrudur, bu açıqlamalar Samsung-un istifadəçilərinə təcili çağrısından əvvəl verilmişdi.

Cənubi Koreya birjasında Samsung-un səhmlərinin qiyməti 3.9% aşağı düşüb.

Telefonlar yenisi ilə əvəz ediləcək

Samsung bir həftə öncə Galaxy Note 7-nin satışını dayandırıb. 10 ölkədən, o cümlədən Cənubi Koreya və Birləşmiş Ştatlardan həmin modeldən olan 2.5 milyon telefonu geri çağırmışdı. Həmin telefonlar yenisi ilə əvəz ediləcək.

Şirkət rəsmiləri istifadəçilərin şikayəti ilə bağlı araşdırma apardığını və çox az sayda telefonun batareyasında qüsur aşkarladığını açıqlamışdı. Tərslikdən bu utancverici açıqlama Samsung-un yeni smartfon təqdimatından iki həftə sonraya, onun əsas rəqibi Apple-ın yeni iPhone 7-ni təqdim etməsindən isə bir neçə gün əvvələ təsadüf edib.

Buna da bax:​ «Samsung» plastik kartları əvəz edəcək

ABŞ da Note 7 smartfonlarının təyyarədə daşınmasına qadağa qoyula bilər.

Cümə günü Cənubi Koreya birjasında Samsung-un səhmlərinin qiyməti 3.9% aşağı düşüb.

ABŞ-ın federal daşıma qaydaları mobil telefonlarda və buna bənzər qurğularda lithium batareyalarının təyyarədə daşınmasına icazə verir. Ancaq son xəbərlərdən sonra ölkə miqyasında Note 7 smartfonlarının təyyarədə daşınmasına qadağa qoyula bilər. Belə qadağa qoymaq səlahiyyəti isə İstehlakçı Məhsulunun Təhlükəsizliyi Komissiyasındadır. Ancaq komissiya hələlik məsələylə bağlı hər hansı rəsmi münasibət bildirməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG