Keçid linkləri

Təcili xəbərlər

Samsung-un 9 mobil telefonunun satışı qadağan edilə bilər


-

Samsung və Apple arasında patent mübahisəsi bitmək bilmir. Apple indi də Samsung-un 9 telefonunun satışına qadağa qoyulmasını istəyir.

ABŞ-da məhkəməyə baş vuran Apple patent haqqını pozduğu üçün Samsung-un 9 telefon modelinin satışına qadağa istəyir:

- Admire
- Galaxy Nexus
- Galaxy Note
- Galaxy Note II
- Galaxy S II
- Galaxy S II Epic 4G Touch
- Galaxy S II Skyrocket
- Galaxy S III
- Stratosphere


Diqqət çəkən məqam budur ki, bu telefonlar yeni modellər deyil. Məsələn, Stratosphere adlı modeli Samsung 2011-ci ildə təqdim edib. İstifadəçilər Galaxy S5-ə maraq göstərdiyi halda, Galaxy S II-in satışına qadağa istənilməsi insanları düşündürür.

Ancaq Apple-ın tələbləri bununla bitmir. Şirkət ekran kilidini açmaq üçün işlədilən «kilidi aç» və yazı səhvlərini avtomatik düzəltmə xüsusiyyəti olan cihazların da qadağan edilməsini istəyir.
XS
SM
MD
LG