Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:19

Yataqxana problemi-"Universitetlər köçürülməlidir"


BDU-nun yeni kampusunun layihəsi

BDU-nun yeni kampusunun layihəsi

Dərs ili başlanır, universitetə daxil olan tələbə indi harda qalacaq?

Bakı Dövlət Universitetinin yataqxanalarının 80 faizi qəzalı vəziyyətdə olduğu üçün sökülüb...

...Ən çox tələbə qəbul olunan Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC), Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (ARPDİA), Azərbaycan Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarında məcburi köçkünlər yerləşdirildiyi üçün tələbələr üçün qalacaq yer yoxdur.

Azərbaycan Dillər Universiteti, Tibb Universitetində vəziyyət daha yaxşıdır. ADU-da 2 yataqxana var. Onlardan birində məcburi köçkünlər yerləşib, 4 blokdan ibarət olan digər yataqxananın iki bloku məcburi köçkünlərin, digər iki bloku isə qız tələbələrin ixtiyarına verilib....

Tibb Universitetinin 6 yataqxanası var. Onlardan 1-də xarici tələbələr, 1-də isə məcburi köçkünlər qalır.

...Yataqxanada yer tapan tələbələr ayda 20 manatdan 50 manata kimi kirayə haqqı verir.

Tələbəyə universitetdə yer tapıldı, yataqxana tapılmır?

TƏHSİL MÜHİTİ

Təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, Azərbaycanda tələbə olmaq eyni zamanda bir çox qayğılarla üz-üzə qalmaq deməkdir:

“Bu məsələ təhsilin keyfiyyətində əsas rol oynayır. Ayrı-ayrı təşkilatlar dünya üzrə reytinq cədvəlini dərc edirlər. Bütün bu reytinqlərdə ya biz düşmürük, bəzisində sonuncu pillələri tuturuq. Bunun səbəblərini axtaranda burda başlıca səbəb kimi tələbələrin təhsil mühitinin olmaması gəlir.

Dünyanın o qabaqcıl universitetləri olan Oxford, Kembridge, Harvard kimi universitetlərdə ona görə yüksək keyfiyyət var ki, orda tələbənin təhsil almaqdan başqa vəzifəsi yoxdur. Yəni kampus şəraiti var. Orda tələbənin yataqxana, dərslik problemi yoxdur. Orada kitabxana, idman zalı, dərnəklər, tələbələrin dərsdən sonra işləmək üçün şərait, kafe- bar, hər şey var. Bizdə vəziyyət nə təhərdir? Bizdə tələb ali məktəbə daxil olubsa, bunun birinci növbədə problemi kirayə axtarmaqdır. Yol, tıxac, kitabxana, tədris avadanlığı, vəsaiti, müəyyən testlər, çap materialları və sair əlavə qayğılarla məşğuldur. Üstəlik bizdə ali məktəblərdə ödəniş məsələsi var. Bu tələbə kirayə axtarmalıdır, ödənişin dərdini çəkməlidir...”(Ətraflı audioda)...

“BUNLARIN ALTINDAN VƏTƏNDAŞ TƏKBAŞINA ÇIXA BİLMƏZ.”

Digər ekspert Vurğun Əyyub bildirir ki, yataqxana problemini ümumiyyətlə tələbənin bir çox problemlərini həll etmək üçün dövlət proqramı olmalıdır:

Vurgun Eyyub

Vurgun Eyyub

“Hələ sovet hakimiyyəti dövrlərindən yataqxana universitetlərin tələbələri üçün problem olaraq qalmaqdadı. Yataqxanalar tələbə kontingentinin bütün ehtiyaclarını ödəmirdi. Ona görə də tələbələr kirayələrə üz tuturdu. Bu sözsüz ki, valideynlərin büdcəsinə böyük təsir göstərirdi. Eyni zamanda valideynlər bu vəsaiti əldə etmək üçün müxtəlif yollara baş vururdular. Bu gün vəziyyət o zamankından daha pisdir. Çünki mövcud olan yataqxana bazaları dağılıb və yaxud məcburi köçkünlərə yaşayış üçün verilib.Qalanlar da yüksək tələblərə cavab vermirlər.

Dövlətin bununla bağlı xüsusi bir proqramı olmalıdır. İndi nəzərə almaq lazımdır ki, Azərbaycanda pullu təhsil, pulsuz təhsildən qat-qat çoxdur. Ona görə də valideynlər bir tərəfdən övladlarının təhsil haqqlarını ödəmək məcburiyyətindədirlər, ikinci tərəfdən onların təhsil aldığı ali məktəblərin yerləşdiyi məkanlarda övladlarının qalması üçün əlavə xərclər etməlidir. Bütün bunların altından vətəndaş təkbaşına çıxa bilməz...” (Ətraflı audioda)...

“UNİVERSİTETLƏR ŞƏHƏRDƏN KÖÇÜRÜLMƏLİDİR”

Təhsil üzrə ekspert Etibar Əliyev idə deyir ki, nə qədər ki, universitetlər köçürülməyib, onların yataqxana problemini həll etmək çətinləşəcək:

Etibar Əliyev

Etibar Əliyev

“Bizim universitetlərin demək olar ki, heç birinin kampusu yoxdur. Əslində tələbə yataqxanaları kampusun tərkib hissəsi sayılmalıdır. Sovetlər vaxtı bütün ali məktəblərin yataqxanaları var idi. Yataqxanaların tədrisə də müsbət təsirini hiss edirdik. Sosiallaşma yaranırdı. Yataqxanalarda kitabxanalar, idman meydançaları vardı. Köhnə olsa da, tələbələr istifadə edirdilər.

İndiki şəraitdə bizdən asılı olmayan səbəblərdən tələbə yataqxanaları universitetlərin ixtiyarında deyil. Ona görə də tələbələr kirayənişin yaşamaqla ali məktəblərdə təhsil alırlar. İndi kirayə haqqları da çox yüksəkdir və indiki təqaüdlə tələbələr həmin xərcləri ödəmək iqtidarında deyillər. Mən hesab edirəm ki, universitetlərin əksəriyyəti şəhərdən köçürülməlidir. Şəhərdən nə qədər ki, universitetlər köçürülməyib, onların yataqxana problemini həll etmək çətinləşəcək....” (Ətraflı audioda)...

Günün bütün mövzuları

XS
SM
MD
LG