Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:12

►Ekspert bu faktı ölkə ali təhsil sisteminin əcnəbilərin gözündən düşməsinə bağlayır

Azərbaycan universitetlərində təhsil alan xarici tələbələrin sayı durmadan azalır.

Son 6 tədris ilində 27 faiz azalma var. Azərbaycana ən çox xarici tələbə Türkiyə (37 faiz azalma) və İrandan (70 faiz azalma) gəlir. İstər-istəməz sual doğur: Əcnəbi tələbə sayındakı azalma nədən qaynaqlanır?

Ekspert Kənan Aslanlı bunu 2 səbəblə izah edir:

“Sırf təhsilin keyfiyyəti və ümumi iqtisadi səbəblərlə bağlı ola bilər. Yerli universitetlərdə təhsilin keyfiyyəti gələn xarici tələbələrin gözləntiləri qarşılamır. Xarici dildə keyfiyyətli proqramların azlığı, ali təhsildəki bəzi neqativ hallar, yataqxana problemi, artan təhsilhaqqı, dolanışıq xərclərinin artması da gözardı edilə bilməz”.

K.Aslanlı onu da vurğulayır ki, Azərbaycanda ali təhsil almağa gələnlərin bəzisi “asan” diplom ardınca gəlir.

Türkiyə və İrandan gələn önəmli azalma ilə yanaşı, Rusiya və Gürcüstandan gələnlərin sayında cüzi artım gözə dəyir.

Buna da bax: Qafqaz Universiteti bu ali məktəbin nəzdinə verildi- [Yenilənib]

Günün bütün mövzuları

XS
SM
MD
LG