Yaxın aylarda səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyi hökumətin gündəmində olacaq.
Prezident İlham Əliyevin sentyabrın 5-də imzaladığı sərəncama görə, Nazirlər Kabineti həmin müəssisələrin fəaliyyətini qiymətləndirməkdən ötrü qaydalar hazırlamalıdır.
Buna da bax: İlham Əliyev daha 'Bəlkə yavaşlayaq?' demir
Sözügedən sərəncam dövlətin nəzarətində olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlıdır. Sənəddə deyilir ki, məqsəd ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühiti formalaşdırmaqdır.
Sərəncama əsasən, Nazirlər Kabineti beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla, dövlətin nəzarətində olan müəssisələrin idarəetmə qaydalarını və standartlarını hazırlamalıdır.
Buna da bax: Böhranla sovrulanlar
Sənəd həmçinin, qeyd olunan hüquqi şəxslərdə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tətbiqi məqsədi ilə tədbirlərin görülməsini nəzərdə tutur.