Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:19

İlham Əliyev daha 'Bəlkə yavaşlayaq?' demir


İlham Əliyev
İlham Əliyev

►Hökumət daha iqtisadi artımdan danışmır!

Son illərə kimi hökumətin fəxr etdiyi göstəricilərdən biri də iqtisadi artım idi. İndi bunun üzərindən sükutla keçirlər.

Əslində, gözlənilən baş verib.

Neftə əsaslanan iqtisadi artımın sonu olmalı idi. 2006-ci ildə 34.5% faiz olan iqtisadi artım 5 ildən sonra, 2011-ci ildə 0.1 faizə düşdü.

5 ildə iqtisadi artım tempi 345 dəfə azaldı. Bu da ölkə üçün vacib olan dayanıqlı iqtisadi artım prinsipinə ziddir.

Buna da bax: Böhranla sovrulanlar

Hökumət bu ilə də 1.8%-lik iqtisadi artım proqnoz edir.

Amma ilin 7 ayının nəticələri göstərir ki, bu proqnoz özünü doğrultmayacaq. 2016-cı ilin yanvar-iyul aylarında ölkədə 32 milyard 122,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3 faiz az ümumdaxili məhsul (ÜDM) istehsal edilib.

Buna da bax: İlham Əliyev: Bəlkə yavaşlayaq?

İlham Əliyev: «Bəlkə bir az yavaşlayaq?»
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Hökumət ikiqat artım istəyir

İqtisadi artımla bağlı dövlətin növbəti hədəfi növbəti 10 ildə ÜDM-ni ikiqat artırmaqdır. Bunu bir neçə il öncə iqtisadi inkişaf naziri Şahin Mustafayev deyirdi. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında o, növbəti 10 ildə qeyri-neft sektoru hesabına ÜDM-nin iki dəfə artırılmasının hədəf götürüldüyünü bildirmişdi. İqtisadi hesablamalara görə, bunun üçün ildə 7-8 faizlik artım olmalıdır.

Buna da bax-'Dollar bahalanmaqda davam edəcək'

Artıma necə nail olmaq olar?

İqtisadçı ekspertlər hesab edir ki, bu, iki halda mümkündür: Birincisi, islahatlar aparılmalıdır. Bu islahatlar həm liberallaşma, həm də antikorrupsiya sahəsində olmalıdır. İkincisi isə, onların qənaətinə görə, “gizli iqtisadiyyat” leqallaşdırılsa, ÜDM-ni 1.5 dəfə artırmaq mümkün ola bilər. Hesablamalara görə, ÜDM-nin yarısından çoxu gizli iqtisadiyyatın payına düşür. Bunu leqallaşdırmaqdan ötrü Azərbaycanın hökumətinin hansısa proqramı varmı?

İndi isə ötən illər ÜDM-dəki artıma nəzər salaq:

2015 – 1,1%

2014 – 2,8%

2013 – 5,8%

2012 – 2,2%

2011– 0,1%

2010 – 5%

2009 – 9,3%

2008 – 10,8%

2007 – 25%

2006 – 34,5%

2005 – 26,4%

2004 – 10,2%

2003 – 11,2%

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG