Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:33

Əkrəm Əylislini prokurorluğa çağırıblar


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli

Yazıçı Əkrəm Əylislini prokurorluğa çağırıblar. Bu haqda Azadlıq Radiosuna yazıçının vəkili Elçin Sadıqov xəbər verib.

Vəkilin sözlərinə görə, sentyabrın 6-da saat 16:00-da yazıçı ilə birlikdə Bakı şəhər Prokurorluğunda olmalıdır. Yazıçının işini araşdıran müstəntiq Asəm Səfərəliyev konkret hansı istintaq hərəkəti ilə bağlı çağırılmaları barədə onlara bilgi verməyib.

Yazıçı Ə. Əylisli bu ilin martında İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı. Rəsmi orqanlar yazıçının buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığından saxlandığını demişdilər. Ancaq yazıçı münaqişə yaratdığı ilə bağlı iddiaları qəti rədd etmişdi.

Sərbəst buraxılan yazıçıya sonradan xuliqanlığa görə cinayət işi açılmış, ardınca o, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunmuşdu.

Buna da bax: Əkrəm Əylislinin ittihamı ağırlaşdırıldı

Yazıçıya qarşı ittihamlar təsdiqlənərsə, o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Əkrəm Əylisli hazırda ölkəni tərk edə bilməz, istintaq ondan başqa yerə getməmək barədə iltizam alıb.

78 yaşlı yazıçı AzadlıqRadiosu-na müsahibəsində həbs ediləcəyi təqdirdə bunun ondan ötrü ölüm hökmü olduğunu bildirmişdi.

Buna da bax: Erməni tarixçi Ə.Əylislini ittiham edir: "Tariximizi azərbaycanlaşdırıb"

Hələ, 2013-cü ildə yazıçının “Daş yuxular” romanı Azərbaycanda hakimiyyətə yaxın KİV-lərdə ciddi tənqidlə qarşılanmışdı. Hətta Gəncə və ölkənin bir sıra şəhərlərində yazıçının kitabları yandırılmışdı.

XS
SM
MD
LG