Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:17

Erməni tarixçi Ə.Əylislini ittiham edir: "Tariximizi azərbaycanlaşdırıb"


Ə.Əylislinin "Daş yuxular" kitabının ermənicə nəşri
Ə.Əylislinin "Daş yuxular" kitabının ermənicə nəşri

-

"Azərbaycan yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" romanında bəzi faktlar təhrif edilib" - Ermənistanda Naxçıvanın guya erməni torpağı olması haqda kitablar yazan erməni tarixçi Argam Ayvazyan erməni mətbuatında deyib.

"Daş yuxular" erməni dilində 2013-cü ildə nəşr edilib, indi erməni tarixçi deyir ki, o kitabda səhifələrin altına bir sıra qeydlər artırmaq lazım idi.

İspan dilində isə bu kitab bu il 6 mayda Argam Ayvazyanın önsözü və qeydləri ilə çıxıb, həmin önsözdə də erməni tarixçi deyir ki, bu kitabda bir çox faktlar təhrif edilib, azərbaycanlaşdırılıb:

"Əylisli bu kitabda haqqında danışdığı kütləvi qətlləri törədən əsas baiskar qismində Ermənistanı tərk edən azərbaycanlıları göstərir və onların hərəkətlərini keçmişdə olanlara görə qisas nümayişi kimi qələmə verir... Əylisli faktları təhrif edir. Bakıda və Sumqayıtda erməni qırğınları spontan olmamışdı, onları yerli hakimiyyətlər və Azərbaycan əhalisi təşkil etmişdi. 1905, 1918-1919-cu illərdə Bakıda, Şuşada, Naxçıvanda da, erməni-tatar davasında da belə olmuşdu”.

Erməni tarixçi deyib ki, "Daş yuxular"da Əylisli bir çox tarixi faktları, qəsəbə və abidələrin adlarını "azərbaycanlaşdırmaqla təhrif edib."

"Yazıçının erməni və azərbaycanlılar arasında dostluğu bərpa etmək istəməsi səmimi addımdır, amma tarixi də dəqiq göstərmək lazım idi" - erməni tarixçi Ayvazyan deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG