Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Obama: ‘Rusiya ilə heç cür anlaşa bilmirik’


Barack Obama və Vladimir Putin G20-nin iclasında
Barack Obama və Vladimir Putin G20-nin iclasında

ABŞ Suriyadakı vəziyyətin yaxın vaxtlarda nizama salınmasında ciddi fikir ayrılığına görə Rusiya ilə heç cür anlaşa bilmir. Bunu sentyabrın 4-də ABŞ prezidenti Barack Obama bəyan edib.

Obamanın sözlərinə görə, Suriyada müharibənin dayanması üçün iki ölkə konkret addımlarla bağlı razılığa gələ bilmir.

Razılıq əldə edilməyən məsələlərdən biri də hansı qruplara aviazərbələr endirilməsidir.

Obama qeyd edib ki, Moskva və Vaşinqton arasında danışıqlar davam edəcək.

Buna da bax: Putin Türkiyədən danışdı...

Rusiyanın Xarici İşlər Nazirliyi isə bəyan etmişdi ki, Suriya böhranının aradan qaldırılması ilə bağlı Moskva və Vaşinqton razılaşmaya yaxınlaşıb.

Suriyada 5 ildir ki, vətəndaş müharibəsi gedir. Rusiya Assad rejimini, ABŞ isə Suriya müxalifətini dəstəkləyir. Rəsmi Vaşinqton tez-tez Moskvanı ittiham edir ki, Rusiya onların dəstəklədiyi müxalif qüvvələrin mövqelərinə aviazərbələr endirir.

XS
SM
MD
LG