Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 17:19

Putin Türkiyədən danışdı...


Recep Tayyip Erdoğan və Vladimir Putin Böyük 20-liyin iclasında
Recep Tayyip Erdoğan və Vladimir Putin Böyük 20-liyin iclasında

Rusiya prezidenti Vladimir Putin Çində G20-nin sammiti ərəfəsində türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la iki ölkə arasında diplomatik əlaqələrin inkişafından danışıb.

Putin deyib ki, əməkdaşlığın tam bərpa olunması üçün hələ bir çox məsələ qalır.

Buna da bax: Erdoğanla Putinin barışdırılmasında Abbas Abbasov da iştirak edib?

Erdoğan isə bildirib ki, ikitərəfli əlaqələri Rusiya qazını Avropaya aparacaq «Türk axını» layihəsi inkişaf etdirəcək.

Ankara və Moksva arasında əlaqələr ötən ilin noyabrında Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasından sonra gərginləşmiş, hər iki ölkə bir-birinə iqtisadi-siyasi sanksiyalar tətbiq etmişdi.

Buna da bax: Erdoğan: “Əziz dostum Vladimirin dəstəyinə ehtiyacım olacaq...”

Uzun müddətdən sonra Erdoğan Putinə göndərdiyi məktubda üzr istəyəndən sonra iki ölkə arasında münasibətlər yumşalmağa doğru inkişaf etməyə başlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG