İstanbulda Avropa və Asiya qitələrini birləşdirən 3-cü körpü istifadəyə verilib. Avqustun 26-da təntənəli açılışı keçirilən körpü Yavuz Sultan Səlimin adını daşıyır. Onun uzunluğu 1 400 m., eni 59 m.-dir. Üstündə yan-yana 8 avtomobil yolu, 2 sürət qatarı üçün dəmir yolu xətti var.