Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:08

BBC-nin 100 ən yaxşı film siyahısında iki rus, bir türk filmi də var


David Lynch-in "Mulholland dalanı" filmindən bir kadr.

David Lynch-in "Mulholland dalanı" filmindən bir kadr.

-

BBC-nin mədəniyyət bölməsinin redaktorları XXI əsrin 100 ən yaxşı filminin siyahısını hazırlayıb. Bu məqsədlə onlar hər qitədən – Antarktida istisna- 177 kinotənqidçiyə müraciət edərək, öz siyahılarını hazırlamalarını istəyiblər. Sorğuda iştirak edən tənqidçilərin arasında qəzet və jurnallara resenziya yazanlar, saytlarda yeni filmlər haqqında qısa məlumatlar verənlər də var, kinoakademiklər də.

Əvvəldən demək lazımdır ki, siyahının ən başında David Lynch-in əfsanəvi psixoloji-trilleri "Mulholland dalanı" filmi gəlir.

Sorğunun şərtlərinə görə siyahıya yalnız 2000-ci ildən bu günə qədər çəkilən filmlər daxil edilməliydi. Və... budur! Siyahı artıq kinomanların ixtiyarına verilib.

Doğrusu, siyahıya baxanda adama elə gəlir ki, respondentlər 2000-ci ildən bu yana çəkilmiş və bu və ya digər festivallarda hansısa mükafat almış bütün filmləri sadalayıblar. Nəzərə alsaq ki, festivallarda seçim hər zaman obyektiv olmur, onda siyahıdakı bəzi filmlər də onun obyektivliyini şübhə altına alır.

Buna da bax: "A. Kiarostami onu məşhurlaşdıran filmindən danışır"

Bununla belə kinomanlar siyahıda özləri üçün maraqlı, həm rejissura, həm dramaturgiya, həm də mövzu baxımından dahiyanə sayılacaq, necə deyərlər, mütləq baxılmalı filmlər tapa bilərlər.

Məsələn, İran rejissoru, mərhum Abbas Kiarostami-nin “On” (“Ten”) filmi kimi. Rejissorun özü tərəfindən yazılmış, on kiçik novelladan ibarət bu filmdə bütün hadisələr yol gedən avtomobilin içində baş verir. İnsanın öz həyatına səyahətindən - özünüdərkdən, dəyərlərindən bəhs eləyən “On” filmi öz üslubu ilə hələ də təravətlidi və özündən sonra gələn yüzlərlə filmə mənbə olub.

Ya da məsələn, Lars von Trier-in “Dogville” filmi. Bu dahi Danimarka rejissoru cəsarətli rejissor həlli ilə – real dekorasiyalardan imtina edərək, hadisələri əvvəldən-axıra şərti məkanda qurmaqla elə ilk saniyədən tamaşaçının diqqətini ekranlara kilidləməyi bacarıb. Zahirdə genişlik, sərhədsizlik təəssüratı doğuran məkanla (evlərdən tutmuş qapılara qədər hər şey təbaşirlə çəkilib) kütlə psixologiyasının, balaca insan komplekslərinin yaratdığı mənəvi məhdudiyyətlərin kontrastını yaradan rejissor mərhəmət hissini analiz edib, Amerikanın puritan cəmiyyətini, onun saxta humanizmi çox gözəl çatdıra bilib.

İranlı rejissor Asghar Farhadi-nin “Boşanma” (“Separate”) filmi də XXI əsrin mütləq baxılmalı olan filmləri sırasında ilk yerlərdədi. Ə.Farhadi Kiarostami, Mohsen Makhmalbaf, Majid Majidinin beynəlxalq festivallardakı uğurlarından sonra durğunluq mərhələsinə keçən İran kinematoqrafiyasına ikinci nəfəs, yeni həyat verən, onu əvvəlki zirvəsinə qaldıran rejissordu. “Boşanma” filmində Farhadi dörd nəfərdən ibarət kiçik bir ailənin şəxsi problemləri, münasibətləri fonunda bütöv cəmiyyətin sosial, siyasi, ictimai problemlərini sərgiləyib.

Buna da bax: "Bu filmə rus kinolarına baxmayanalar da baxacaqlar"

Andrei Zvyagintsev-in "Levifan" filmindən bir kadr.

Andrei Zvyagintsev-in "Levifan" filmindən bir kadr.

Siyahıda həmçinin rus rejissoru Andrey Zvyagintsev-in “Qayıdış”, “Leviafan”, türk rejissoru Nuri Bilgə Ceylan-ın “Bir zamanlar Anadoluda”, Avstriya rejissoru Michael Haneke-nin “Sevgi”si kimi gözəl filmlər də var..

BBC-nin tərtib etdiyi XXI əsrin 100 ən yaxşı filminin siyahısını təqdim edirik.

1 Mulholland Drive (David Lynch, 2001)

2 In the Mood for Love (Wong Kar-wai, 2000)

3 There Will Be Blood (Paul Thomas Anderson, 2007)

4 Spirited Away (Hayao Miyazaki, 2001)

5 Boyhood (Richard Linklater, 2014)

6 Eternal Sunshine of the Spotless Mind (Michel Gondry, 2004)

7 The Tree of Life (Terrence Malick, 2011)

8 Yi Yi: A One and a Two (Edward Yang, 2000)

9 A Separation (Asghar Farhadi, 2011)

10 Inside Llewyn Davis (Joel and Ethan Coen, 2013)

11 No Country For Old Men (Joel and Ethan Coen, 2007)

12 Children of Men (Alfonso Cuarón, 2006)

13 Zodiac (David Fincher, 2007)

14 The Act of Killing (Joshua Oppenheimer, 2012)

15 4 Months, 3 Weeks & 2 Days (Cristian Mungiu, 2007)

16 Holy Motors (Leos Carax, 2012)

17 Pan’s Labyrinth (Guillermo Del Toro, 2006)

18 The White Ribbon (Michael Haneke, 2009)

19 Mad Max: Fury Road (George Miller, 2015)

20 Synecdoche, New York (Charlie Kaufman, 2008)

21 The Grand Budapest Hotel (Wes Anderson, 2014)

22 Caché (Michael Haneke, 2005)

23 Lost in Translation (Sofia Coppola, 2003)

24 The Master (Paul Thomas Anderson, 2012)

25 Memento (Christopher Nolan, 2001)

26 25th Hour (Spike Lee, 2002)

27 The Social Network (David Fincher, 2010)

28 Talk to Her (Pedro Almodóvar, 2002)

29 WALL-E (Andrew Stanton, 2008)

30 Oldboy (Park Chan-wook, 2003)

31 Margaret (Kenneth Lonergan, 2011)

32 The Lives of Others (Florian Henckel von Donnersmarck, 2006)

33 Son of Saul (László Nemes, 2015)

34 The Dark Knight (Christopher Nolan, 2008)

35 Crouching Tiger, Hidden Dragon (Ang Lee, 2000)

36 Timbuktu (Abderrahmane Sissako, 2014)

37 Uncle Boonmee Who Can Recall His Past Lives (Apichatpong Weerasethakul, 2010)

38 City of God (Fernando Meirelles and Kátia Lund, 2002)

39 The New World (Terrence Malick, 2005)

40 Brokeback Mountain (Ang Lee, 2005)

41 Inside Out (Pete Docter and Ronnie Del Carmen, 2015)

42 12 Years a Slave (Steve McQueen, 2013)

43 Amour (Michael Haneke, 2012)

44 Melancholia (Lars von Trier, 2011)

45 Blue Is the Warmest Color (Abdellatif Kechiche, 2013)

46 Certified Copy (Abbas Kiarostami, 2010)

47 Leviathan (Andrey Zvyagintsev, 2014)

48 Brooklyn (John Crowley, 2015)

49 Goodbye to Language (Jean-Luc Godard, 2014)

50 Inception (Christopher Nolan, 2010)

51 The Assassin (Hou Hsiao-hsien, 2015)

52 Tropical Malady (Apichatpong Weerasethakul, 2004)

53 Ida (Pawel Pawlikowski, 2013)

54 Moulin Rouge! (Baz Luhrmann, 2001)

55 Once Upon a Time in Anatolia (Nuri Bilge Ceylan, 2011)

56 Werckmeister Harmonies (Bela Tarr and Ágnes Hranitzky, 2000)

57 Zero Dark Thirty (Kathryn Bigelow, 2012)

58 A History of Violence (David Cronenberg, 2005)

59 Inglourious Basterds (Quentin Tarantino and Eli Roth, 2009)

60 Moolaadé (Ousmane Sembene, 2004)

61 Syndromes and a Century (Apichatpong Weerasethakul, 2006)

62 Under the Skin (Jonathan Glazer, 2013)

63 Fish Tank (Andrea Arnold, 2009)

64 The Great Beauty (Paolo Sorrentino, 2013)

65 The Turin Horse (Bela Tarr and Ágnes Hranitzky, 2011)

66 Spring, Summer, Fall, Winter…and Spring (Kim Ki-duk, 2003)

67 The Hurt Locker (Kathryn Bigelow, 2008)

68 Carol (Todd Haynes, 2015)

69 The Royal Tenenbaums (Wes Anderson, 2001)

70 Stories We Tell (Sarah Polley, 2012)

71 Tabu (Miguel Gomes, 2012)

72 Before Sunset (Richard Linklater, 2004)

73 Only Lovers Left Alive (Jim Jarmusch, 2013)

74 Spring Breakers (Harmony Korine, 2012)

75 Dogville (Lars von Trier, 2003)

76 Inherent Vice (Paul Thomas Anderson, 2014)

77 The Diving Bell and the Butterfly (Julian Schnabel, 2007)

78 Almost Famous (Cameron Crowe, 2000)

79 The Return (Andrey Zvyagintsev, 2003)

80 The Wolf of Wall Street (Martin Scorsese, 2013)

81 A Prophet (Jacques Audiard, 2009)

82 A Serious Man (Joel and Ethan Coen, 2009)

83 A.I. Artificial Intelligence (Steven Spielberg, 2001)

84 Her (Spike Jonze, 2013)

85 Shame (Steve McQueen, 2011)

86 Amélie (Jean-Pierre Jeunet, 2001)

87 Far From Heaven (Todd Haynes, 2002)

88 Spotlight (Tom McCarthy, 2015)

89 The Headless Woman (Lucrecia Martel, 2008)

90 Finding Nemo (Andrew Stanton, 2003)

91 Let the Right One In (Tomas Alfredson, 2008)

92 Moonrise Kingdom (Wes Anderson, 2012)

93 Ratatouille (Brad Bird and Jan Pinkava, 2007)

94 The Assassination of Jesse James by the Coward Robert Ford (Andrew Dominik, 2007)

95 The Pianist (Roman Polanski, 2002)

96 The Secret in Their Eyes (Juan José Campanella, 2009)

97 Ten (Abbas Kiarostami, 2002)

98 The Gleaners and I (Agnès Varda, 2000)

99 White Material (Claire Denis, 2009)

100 Carlos (Olivier Assayas, 2010)

101 Requiem for a Dream (Darren Aronofsky, 2000)

102 Toni Erdmann (Maren Ade, 2016)

Günün bütün mövzuları

XS
SM
MD
LG