Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:02

-

Avqustun 22-si 17 yaşlı Gəncə şəhər sakini Aygül Orucova estetik burun əməliyyatı zamanı vəfat edib. Ölüm hadisəsi ilə bağlı Gəncə Prokurorluğunda cinayət işi açılıb.

Bu haqda şəhər prokurorluğundan bildiriblər.

Prokurorluqdan APA-ya deyiblər ki, ölüm faktı barədə bilginin araşdırılması zamanı A. Orucovanın həkim ehtiyatsızlığı səbəbindən vəfat etməsi əlamətləri müəyyən edilib.

Fakta görə, Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq ölümün səbəblərinin müəyyənləşməsi üçün məhkəmə-tibbi ekspertizasının təyin edildiyini, digər zəruri istintaq tədbirlərinin həyata keçirildiyini bildirir.

Olayla bağlı estetik əməliyyatın aparıldığı “Yeni Gəncə” tibb mərkəzindən isə bildiriblər ki, 17 yaşlı qız narkozdan ayılmayıb. Pasient həkim və anestezioloqun göstərişi ilə reanimasiyaya yerləşdirilib, amma bunun da faydası olmayıb.

Gəncə xəstəxanasında dünyasını dəyişən qızın ölüm anının görüntüləri yayılıb (Report)

Tibb mərkəzindən həmçinin, A. Orucovanın vəfat etməsindən sonra mərkəzdə qarışıqlıq yarandığı, vəfat etmiş pasientin qohumlarının əməliyyatı həyata keçirən həkim və anestezioloqu döydükləri bildirilib.

Xəsarət alan həkim və anestezioloqun xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

“Yeni Gəncə” tibb mərkəzinin direktoru Samir Allahverdiyev isə Report-a açıqlamasında “heç bir həkim istəməzdi ki, başına belə olay gəlsin”, deyib.

O, Aygül Orucovanın ölümünün səbəbinin araşdırıldığını bildirirb.

“Qafqazinfo” saytının verdiyi xəbərə görə, Aygül Orucova bu il 600-dən çox bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunubmuş.

Buna da bax: Burun əməliyyatı zamanı daha bir ölüm

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG