Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 10:18

Azərbaycanda burun əməliyyatı zamanı ölüm hadisəsi baş verib

Foto arxiv
Foto arxiv

Azərbaycanda burun əməliyyatı zamanı ölüm hadisəsi baş verən özəl klinikanın fəaliyyəti dayandırılıb.

Bu barədə APA Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Hadisə martın 18-də “StarMed” klinikasında qeydə alınıb.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlova burnundan əməliyyat olunmaq istəyib. Amma narkoz verilən kimi o, dünyasını dəyişib.

İlkin ehtimala görə qız narkozun dozasının yüksək olmasından keçinib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.

Əməliyyatı aparan həkim və onun digər həmkarları dindirilib.

This item is part of
XS
SM
MD
LG