Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:52

Xaricə oxumağa niyə gedirlər?


arxiv fotosu
arxiv fotosu

Türkiyədə öz hesabına təhsil alan azərbaycanlıların sayı 15 min nəfərdir. Ukraynada isə 10 min nəfərdir. Rusiya və Gürcüstanda da cəm halında 10 min nəfərdən çoxdur. Beləliklə, 35 mindən çox azərbaycanlı ölkədən kənarda təhsil alır. 35 min insanın valideynləri övladlarının təhsil və yaşam şərtlərini ödəyir. Hər birinin aylıq xərclərini 1000 manatdan hesablasaq, görün nə qədər vəsait xaricə daşınır. - bunu ekspert təhsil eksperti Kamran Əsədov deyir.

Bu tələbələr niyə xaricə üz tutur? Azərbaycanda qəbul oluna bilmirlər yoxsa təhsilin səviyyəsi qane etmir? Ya təhsil Azərbaycanda çox bahadır?

TÜRKİYƏYƏ YAXŞI TƏHSİL DALINCA

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyir ki, xaricdə təhsil alan gənclərin arasında Gürcüstan və Ukrayna kimi ölkələrə üstünlük verənlərin sayı çoxuq təşkil edir. Bunun da özünəməxsus səbəbləri var:

“Nəzərə alsaq ki, təhsilin keyfiyyəti Türkiyədə daha yüksəkdir, amma Ukraynada, Gürcüstanda elə deyil. Əsasən Gürcüstan, Ukrayna və bu tipli ölkələrə universitetə qəbul olunmağa çətinlik çəkən tələbələr üz tutur. Amma Türkiyə və Avropa universitetlərinə daha çox oxuyan və burdakı təhsilin səviyyəsini bəyənməyən insanlar gedir. Məsələn bir tələbənin balı yuxarıdırsa, o gedib Gürcüstanda oxuyan deyil. O gedib minimum Türkiyəni və ya Avropanı seçəcək təhsil almaq üçün. Amma digərləri isə burda qəbul ola bilmirlər deyə ona görə daha çox Ukrayna kimi ölkələrə üz tuturlar”.

Digər ekspert Bəxtiyar Hacıyev deyir ki, sayın çoxluğu gənclərin xaricdə keyfiyyətli təhsil almaq istəyi ilə bağlı deyil, diplam almaq istəkləri ilə daha çox bağlıdır:

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Rusiyada, Ukraynada, Gürcüstanda və Türkiyədə tələbələrin kütləvi halda getdikləri universitetlərin bir çoxu təhsilin keyfiyyəti baxımından Azərbaycandakı universitetlərin keyfiyyətindən heç də fərqlənmir. Hətta bəziləri bundan aşağı səviyyədə təhsil verir. Bir çox hallarda müşahidələr onu göstərir ki, Azərbaycanda Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının qəbul imtahanında kifayət qədər bal toplaya bilməyən, ali məktəbə daxil ola bilməyənlər bir çox halda sadəcə atestatla və digər sənədləri təqdim etməklə həmin ölkələrdə təhsil ala bilirlər.

Yəni sayın çoxluğu həmin şəxslərin keyfiyyətli təhsil almaq istəyi ilə bağlı deyil, sadəcə olaraq diplom almaq istəyi ilə bağlıdır. Həmin ölkələrdə bir çox universitetlər asanlıqla diplom verir deyə həmin ölkələrə üz tuturlar.

YA BAL AZDIR, YA TƏHSİL HAQQI YÜKSƏKDİR

Təhsil üzrə ekspert Kamran Əsədov isə təhsil almaq üçün xarici ölkələrə gedənləri qruplara bölür. Ekspert bunun səbəblərinə də aydınlıq gətirir:

Kamran Əsədov: "Bu həm də maliyyə axınıdır, beyin axınıdır..."
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00
Direct-ə keçid


“Hər il Azərbaycan orta məktəblərini 90 mindən çox abituriyent bitirir. Bunların 60 mindən çoxu ali məktəblərə sənəd verirlər. Çox təəssüflər olsun ki, onların bir çoxunun savad göstəricisi onların ali məktəbə qəbul olunmalarına imkan vermir. Hətta müəyyən bir qisim var ki, bal toplayırlar, amma Azərbaycan ali təhsil müəssisələrinin ödənişli əsaslarla fakültələrinə oxumalı olurlar.

Azərbaycanda təhsil haqqları kifayət qədər yüksəkdir. Buna görə də Azərbaycan gəncləri xaricə üz tuturlar. Yəni bunlar hansı yolla olur olsun, mütləq şəkildə ali təhsil sənədi almalıdırlar ki, gələcək karyeralarını qursunlar.

Xaricdə oxumağa gedənləri 3 qrupa bölmək olar. Birincisi Azərbaycanda keçid balını toplayıb, ali məktəbə qəbul ola bilməyənlər. İkinci, keçid balını toplayıb, təhsil haqını ödəyə bilməyib gedənlər. Bir də var ki, həqiqətən xaricdə Azərbaycandan üstün təhsil almaq istəyənlər. Təəssüf ki, bu faiz olduqca aşağı faiz təşkil edir. Amma ilk iki yer isə tamamilə yüksək faiz təşkil edir.

Bu gün Ukrayna, Rusiya universitetlərində təhsil almağa gedən azərbaycanlıların sayı digər ölkələrə gedənlərlə müqayisədə daha çoxdur. Onlar daha rahat, daha ucuz və problemsiz oxuya biləcəkləri təhsil müəssiələri axtarırlar. Bu gün Ukrayna, Gürcüstan, Rusiya ali təhsil müəssisələrində tədris Türkiyədə olduğu kimi sərt deyil. Yəni onlar semestr imtahanlarını digər vasitələrdən istifadə etməklə daha rahat olaraq verə bilərlər.

Türkiyəyə üz tutanlar isə rusca bilmirlər və digər ölkələrdəki mədəniyyət və həyat tərzinə hazır deyillər. Türkiyədə təhsil almaq digər ölkələrlə müqayisədə daha çətindir. Orda semestr və tədris prosesində digər hallarla yəni, pul verməklə qiymət almaq mümkün deyil. Azərbaycan gənclərinin Türkiyədə təhsil almalarının digər səbəbi isə odur ki, orda dövlət universitetlərində təhsil haqqı olduqca aşağıdır.

Orda elə universitetlər var ki, təhsil haqqı 90, 100, 200 manatdır. Yaşam xərcləri də olduqca aşağıdır. Sadəcə olaraq tədrisdə ciddilik var. Yəni Azərbaycan tələbələri burda aşağı səviyyədə təhsil almaqdansa eyni təhsil haqqı, eyni xərclərlə daha üstün ölkələrdə təhsil almağa meyl edirlər. Bu gün hazırda 1-ci kursdan 4-cü kursa qədər təhsil alan azərbaycanlıların sayı 40 min nəfərdən çoxdur. Bunun digər neqativ tərəfləri var ki, beyin axınıdır, kənara maliyyə axınıdır, gələcəkdə isə gender məsələsinin kifayət qədər pozulmasına gətirib çıxara bilər”.

XS
SM
MD
LG