Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:41

Nidaçı Sərvərlə Gülnaz mühacirətə gedir


Məşədi İbad tamaşasından bir səhnə.
Məşədi İbad tamaşasından bir səhnə.

-

"Çünki atamın razılığı ilə Məşədi ilə görüşürdüm, onun mənə gətirdiyi bahalı quru meyvələri yığır, ondan aldığım pulu da götürüb səhəri Sərvərlə tutulmuş nidaçı doslarımıza sovqat aparırdıq".

Çinarə Ömray

"O, olmasın, bu olsun" - 2016 -cı il. (Dekonstruksiya)

Evmizdə üç nəfərik amma atam qulluqçu Sənəmi adam yerinə saymayanda iki nəfər oluruq. Anam dünyasını dəyişəndən meylimi Sənəmin üstünə atmışdım. Atam da nə qədər kobud, zəhimli olsa da məni bir o qədər çox sevidiyini bilirdim. Yeganə övladı idim mən. Anam dünyasını dəyişəndən sonra içkiylə, qumarla qatdı başını. Bütün pullarını göyə sovurdu. Elə işdən də bu səbəbə qovdular. Atamın bu halı məni çox qorxudurdu. Düşünürdüm ki, uzağı bir neçə ilə evimizi də qumarda uduzacaq. Atam hər axşam evə gələndə uduzduğunu üzündən oxumaq olurdu. Qorxumuzdan kimsə nəsə deyə bilmirdi ona. Mən Sənəm kimi hansısa varlının evində qulluqçu olmaq istəmirdim. İstəməklə deyil ki, atamıın hər gecə daha da dərinləşən səssizliyindən “noolsun keçmiş icra başçısı Rüstəm müəllimin qızı olmusan? Səni evimə qulluqçu götürməsəydim, acından ölürdün” cümlələri qışqırırdı üstümə. Axı atam Sənəmə bu cür deyirdi tez-tez.

Ta Sərvər peyda olana kimi bu fikirlər, düşüncələr zəli kimi beynimi sümürürdü. Sərvər mənə tək özünü yox, özüylə bərabər insanlığı, yaşamağı, azadlığı sevdirdi. Atamın həyətimizə çəkdiyi, heç kimi, heç nəyi görə bilmədiyimiz o hasarları yarıb bütün cəmiyyətin iç üzün gətirmişdi həyətimizə Sərvər. Elə xoşbəxt idim ki, artıq atamın səssizliyində də gülümsəmə axtarırdım. "Nida"çı idi Sərvər. Mənə insan azadlığından danışdıqca , azad düşüncədən, azad cəmiyyətdən danışdıqca kiçik gözlərimin iri baxışlarıyla böyük dünyaya baxmağa cəhd edirdim. Çox dəyişmişdi Sərvər məni. Hətta bir neçə dəfə atamdan xəbərsiz onunla mitinqlərə də getmişdim. Bir gün də atam əlində qəzet gəlib demişdi ki,

- Qızım, bax bu bayraq tutan qız sənə necə oxşuyur?

- Kimdi ki, ata onlar?

- Eh, qızım bir sürü ağılsız gənc. Elə bilirlər belə etməklə nəsə əldə edəcəklər. Yemək yedikləri qaba tüpürən nankorlardı.

Buna da bax: "Gülnaz mənasız qızdı, Məşədi İbad onunla evlənməli deyildi..."

Atama yazığım gəlirdi. İşdən də çıxardıb atmışdılar, adam yenə də köləlikdən xilas ola bilmirdi. Atam ona təssüf dolu baxışlarla baxdığımı görüb tez səhfini düzəldirmiş kimi:

- Canım qızım, bağışla sən alla o qızı sənə oxşatmaqla xətrinə dəydim deyəsən. Sən mənim ağıllı balamsan. Sən hara o meydanlardakı tərbiyyətsizlər hara? O başı batmış Sənəmə de bizə çay süzsün.

Hər dəfə yeni ideya ilə mənə qonaq gələn sərvər bu dəfə xoşbəxtliyimin üstünə qışqıran xəbərlə gəlmişdi. Dedi ki, Atam məni qoca bir kişiyə ərə verir. Nədi, nədi pulu çoxdu. Özü də 12 dəfə həccə gedib. Axı atam necə belə edə bilərdi. Anamdan sonra bu qədərmi dəyişmişdi atam? Heç inana bilmirdim. Dünyam başıma uçmuşdu amma Sərvər dedi ki, heç də pis olmayım. Dedi ki,

- Gülü, atanın pula ehtiyacı var. Bu hacı Məşədi də loxun biridi. Həm də qocadı. Qoy atan onla işin görsün nə desə razılaş. Biz ki, bir birimizi azad sevirik. Hər an qovuşa bilərik. Mənim üçün namus anlayışı o deyil. Sənin namusun beynindədir, düşüncəndədir. Mənə o lazımdı.

Əslində düz deyirdi Sərvər. Atam axşam evə gəlib söhbəti mənə açanda başımı aşağı salıb ev qızı kimi razılaşdım. Atam sevincindən uçurdu. İndiki dövrdə belə qız saxlamaq hər ataya nəsib olmazdı axı. İndi kim idi atanın sözüylə ərə gedən?

Nəysə bu burda qalsın sizə Məşədiylə ilk görüşümüzdən danışım. Bizə gəlib, təbii ki, atamın icazəsiylə. İlk görəndə dik atıldım. Bu nədi belə adam halva nimçəsinə oxşuyur. Amma cəhənnəm, "atamı bankrotdan çıxaranacan yola verəm gərək" - düşündüm. Mənə həccə getməyindən, şeytana daş atmağından danışırdı. Bir anlıq mənə elə gəldi ki, şeytan əvəzi bunu daşlıyıblar orda. Üzündəki çopurlar da o daşların izinə oxşayırdı. Artıq əvvəlki kimi çətin deyildi mənə Məşədiylə görüşmək. Çünki atamın razılığı ilə onla görüşür, onun mənə gətirdiyi bahalı quru meyvələri yığır, ondan aldığım pulu da götürüb səhəri Sərvərlə tutulmuş nidaçı doslarımıza sovqat aparırdıq.

Məşədnin gəlişi mənim üçün bayram olurdu. Həm pulum olurdu həm də o ki, var məzələnirdim onla. O gün də Məşədiylə selfi çəkdirib Sərvərə göndərmişəm. O ki, var gülmüşük. Adam da bu qədər ağılsızmı olar görən? Pulu ilə Atamı da saxlayır, məni də, hələ bir üstəlik hər namazında bəddua elədiyi o nidaçı uşaqları da (əlbətdə ki, xəbərsiz).

Atamın bir dostu var Polis rəisidir Qoçu Əsgər. Bir gülləm olsa onun təpəsinə çaxaram düşünmədən. İşi gücü bizim uşaqları şərliyib tutmaqdır.

Buna da bax: "Boşanmanın xatirəsi "bir tay corab""

Mən onların hamısına bədənlərinin üstündə konserva qutusu gəzdirən varlıqlar kimi baxıram. Başları olsaydı başqa cür düşünər, başqa cür hərəkət edərdilər. Onların düşüncəsinə gənə düşüb, bütün qanın sovurub sanki.

Atamgil artıq toyun vaxtın dəqiqləşdirmişdilər. Mən heç vaxt bu ehsan iyi verən adama ərə getmərəm. Amma bunu ona necə deyəcəm ki?

Yox mən azad düşüncəli biriyəm, yaşım da o yaş deyil ki, yerimə kimlərsə qərarlar versin. Mən bir yol tapıb ölkəni tərk etməliyəm. Sərvərlə danışdıq. Xarici ölkəyə mühacir kimi gedə bilərdik. Buna siyasi durumumuz da imkan verirdi.

Mən oyunu davam etdirirdim. Məşədiyə bütün toy qızıllarını aldırdım hamısı da bahalı, brliyant qaşlı. Sonra da geyimlər. Məşədi aldıqca mən bunları Sərvərə ötürür, sərvər də viza, bilet işlərini həll edirdi. Məşədiyə söz vermişdim ki, toy günü hicaba keçəcəm. O buna iki qat sevinmiş, hədiyyə olaraq minlərlə qiyməti olan bir üzük bağışlamışdı mənə. Bu üzük artıq puzelanı tamamlayan son parça olmuşdu sanki. Allah köməyi olsun özü də bilmədən, yaxşılıq edirdi. And olsun onun bayram qoğalına oxşayan çöhrəsinə ki, bu yaşınacan bu qədər savab qazanmamışdı.

Sənəm mənə ana əvəzi olmuşdu. Onu atamın əlində qoyub gedə bilməzdim. Sənəmlə danışdım, bir təhər yola gətirdim. Dedim hətta deyərsən ki, məni ölümlə təhdid etdi qorxumdan etdim bunu. Toy günü hicabda üzü örtülü Sənəm gedəcəkdi Məşədiyə ərə.

Sabah toydu saat 6-da. Bizim təyyarə isə 8-in yarısı uçur. Atamla görüşdüm dedim

- Bir şərtim var toyda üzümü açmayın üzü bağlı əyləşmək istəyirəm hicaba yeni keçirəm üzümün də görünməsin istəmrəm.

Atam düşünmədən razılaşmışdı. Çox sevinirdi çoxx.

Təyyarəyə minməmişdən öncə Votsapdaki profil şəklimi də dəyişib Məşədiylə çəkdiyim selfeni qoydum. Vicdanım rahat olmadı hələ bir mesaj da yazdım:

“Bağışla Məşədi, bağışla. Sən anla ki, 12 dəfə həccə getmək hələ hər şey demək deyil. Bax sənin Allahın səni sevib ki, mənim kimi birindən yolun başındaca ayırıb yollarını. Yoxsa olan qalanını atamla silib süpürəcəkdik. Görürsən ki Allah səni sevib. Sənəm yaxşı qadındır. Malının da, sənin də qədrini biləcək. Xoşbəxt olun. İnan bu yaşacan bu qədər düz addım atmamışdın, nə də bu qədər savab iş görməmişdin. Bax məşədi axı Allah da deyir ki, sağ əlin verdiyin sol əl bilməməlidir. Sən sağ əllə mənə verdiyin pullar sol əlin də bilmədən elə savab yerlərə xərcləndi ki. On iki imam haqqı düz deyirəm. Özünü də, Sənəmi də qoru Həcü. Arada atama da əl at, nə də olsa bu günə kimi Sənəmi atam saxlıyıb.”

Sərvər hələ də gəlməmişdi niyəsə gecikirdi. Mirzəyə zəng elədim. Ortaq dostumuz idi, o da nidaçıdır.

- Mirzə, necəsən?

- Yaxşı Gülü sən?

- Hava limanındayam bizim uçuşa da az qalıb. Sərvər hələ də yoxdu. Yəqin tıxacda ilişib qalıb.

- Yox

- Sənlədi?

- Yox

- Bəs hanı Sərvər?

- Bilmirəm necə deyim. Hamımız burdayıq, bütün üzvülər. Gülü Sərvər satqın imiş. Bizi satdı. Ümumi iş üçün yığılan pulu da, bəzi məxfi sənədləri də özüylə götürüb yox olub. Bayaq məlumat aldıq ki, o ad, soyadda biri Gürcüstana keçib. Ordan da harasa... Sən get çıx bu xarabadan, qurtar canını. Gözləmə onu. Ziyanın yarısından qayıtmaq da xeyir di. Bax Gülü Allahın səni sevib ki, onun kimi birindən yolun başındaca ayırıb yollarını. Yoxsa olan qalan ömrünü bir satqınla yaşayacaqdın. Görürsən ki Allah səni sevib. Get xoşbəxt ol. İnan bu yaşacan bu qədər düz addım atmamısan.

Mirzə danışır mən isə gerisini eşitmirəm. Biletlər də Sərvərdə idi. İki oturacağı boş qalmış havada süzən təyyarənin ardınca baxa baxa qalmışdım.

Çinarə Ömray
Çinarə Ömray

Evmizdə üç nəfər idik amma atam qulluqçu Sənəmi adam yerinə saymayandan, məni də övladlıqdan siləndən sonra, evimizi də satıb borca verəndən sonra, haralardasa bir özü qaldı...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG