Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:38

►Hökumət 2020-ci ildə adambaşına ÜDM həcmini 13 min dollara yüksəltməyi hədəfləyib

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında hökumətin iqtisadi, ekologiya, mədəniyyət və s. sahələrdəki arzuları toplanıb.

Dörd il öncə dekabrın 29-da imzalanmış bu sənəddə hökumət bir sıra istiqamətlərdə iddialı sayılacaq hədəfləri müəyyənləşdirilib. Ümumi Daxili Məhsulu (ÜDM-i) əsas götürməklə ötən 4 ildə nəyin gerçəkləşib-gerçəkləşmədiyinə baxmağa dəyər.

7 faizlik hədəf baş tutmayıb

Sözügedən Konsepsiyanın əhatə etdiyi dövrdə neftdənkənar sektorda ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur. Ancaq bu, sadəcə, 2013-cü ildə mümkün olub – 9,9 faiz. Neftdənkənar sektorda artım 2014-cü ildə 6,9 faiz, ötən il – 1,1 faiz olub. Bütövlükdə ÜDM-dəki artım Konsepsiya imzalanandan bəri 7 faizdən aşağıdır: 2013-cü ildə - 5.8 faiz, 2014-cü ildə - 2,8 faiz, 2015-ci ildə - 1,1 faiz. Bu ilə gəlincə, hələlik, ÜDM azalır. İlk yarımildə 3,4 faizlik azalma qeydə alınıb.

Bu ilə Beynəlxalq Valyuta Fondunun (BVF-in) Azərbaycan iqtisadiyyatına dair proqnozu da mənfidir: - 2,4 faiz.

Buna da bax: Ekspert: 'Xalq boğazından kəsir'

ÜDM köhnə göstəricilərə qayıdır?

Hökumətin fikrincə, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcmi 2 dəfə artaraq, 13 min ABŞ dollarına çatmalıdır.

Bu hədəf də real görünmir. Birincisi, iqtisadiyyat daralır, ikincisi, manat dəyərsizləşir. Beynəlxalq qaydaya görə, bu göstərici dollarla hesablanır.

Ötən il Azərbaycanda adambaşına ÜDM 0,1 faiz azalaraq, 5 min 558,7 dollar olub. Müqayisə üçün: Bu göstərici 2010-cu ilin səviyyəsindən də aşağıdır (5 min 798 dollar).

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk yarımildə ÜDM 27 milyard manat olub. Başqa sözlə, adambaşına ÜDM 2 min 809 manat 7 qəpikdir (1817,1 ABŞ dolları).

Buna da bax: Beynəlxalq Bank ipoteka kreditlərini bahalaşdırıb

“Belə artım nəyin hesabına olacaq?”

İqtisadçı ekspert Natiq Cəfərli manatın dəyərsizləşməsinə diqqət çəkir: “Manatın indiki məzənnəsi ilə 13 min dollar 21 min manat edir. Yəni, nəyin hesabına belə artım olacaq?

Bu sual açıq qalır. 2020-ci ilədək manatın məzənnəsinin neçə olacağını da kimsə bilmir. Ola bilər ki, o zaman 13 min dollar 50 min manat etsin”.

“Elə bir lokomotiv sahə yoxdur ki…”

Ekspertin sözlərinə görə, hazırda iqtisadiyyatı artıracaq sektor da yoxdur: “Elə bir lokomotiv sahə yoxdur ki, ÜDM-i artırsın. Yəni, belə sistem daxilində yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG